İnanc
“Bismillah”ın bərəkəti ilə nicata çatmaq...
Allah Təala insanlara hər bir işini "Bismillah" ilə başlamalarını öyrətmək üçün həm Quranı və həm də surələri "Bismilləhir Rahmənir Rahim!" cümləsi ilə başlamışdır. Həzrət Peyğəmbər (s) buyurur: "Hər bir iş əgər Allahın adı ilə başlamazsa, həmin iş sona çatmaz". (Tebyan)
Müqəddəs Quran kitabı İlahi sözlər toplumudur ki, 23 il ərzində vəhy mələyi Cəbrayil (ə) tərəfindən Peyğəmbərimizin (s) qəlbinə nazil olmuşdur. Peyğəmbərin (s) mübarək həyatı zamanı və Məsum İmamların (ə) zamanında Quran ayələrinin bəziləri bu dahi insanlar tərəfindən təfsir edilmişdir. Ancaq Quranın əksər ayələri İslami hədislərə əsasən alimlər tərəfindən təfsir edilmişdir. Bu müqəddəs "Bismillah" kəlməsini təfsirçilər "Bağışlayan və Mehriban Allahın adı ilə" təfsir edirlər.
"Bismilləhir-Rahmənir-Rahim!" kəlməsi Peyğəmbərə (s) 114 dəfə nazil olmuşdur. 113 surədə başlanğıc kimi işlənmişdir və "Tövbə" surəsində "Bismilləhir Rahmənir Rahim" başlanğıcda gəlməsə də, "Nəml" surəsində başlanğıcda gəlməklə yanaşı, ayələrin birində də bu mübarək cümlə işlənmişdir və Quran üzrə ümumi 114 edir.
"Bismilləhir-Rahmənir-Rahim" "Həmd" surəsinin bir hissəsi hesab edilir. Əgər kimsə namaz vaxtı və ya namazdan qeyri halda "Həmd" surəsini demək istəsə və "Bismilləhir-Rahmənir-Rahim!" ayəsini deməsə, surəni naqis demiş olar. Çünki bu ayə "Fatihə" surəsinin bir hissəsini təşkil edir.
"Bismilləhir-Rahmənir-Rahim!" cümləsi ilk dəfə olaraq Peyğəmbərə
(s) "Ələq" surəsi nazil olan zaman nazil olmuşdur. Kuleyni İmam
Sadiqdən (ə) nəql edir ki, bütün səma kitablarının başlanğıcı
"Bismilləhir-Rahmənir-Rahim!" olmuşdur. "Bismilləh" müsəlmanlar
üçün İslam dininin nişanəsi və şüarıdır. Onu yüksək səslə demək
imanın nişanəsi hesab edilir. Peyğəmbəri-Əkrəm (s) Quranı tilavət
edən zaman "Bismilləh" kəlməsini yüksək səslə deyərdi. Təfsirçilər
bu fikirdədirlər ki, "Bismilləhir-Rahmənir-Rahim!" hər dəfə nazil
olan zaman yeni bir məna gətirirdi. Surələrin məzmunu fərqləndiyi
kimi "Bismilləhir-Rahmənir-Rahim!"in mənası da fərqlənir.
Sübhan Allah "Fatihə" surəsini "Bismilləhir-Rahmənir-Rahim!" ilə
başlayaraq, bizə bunu öyrətdi ki, Allaha ibadət və həmd də Allahın
adı ilə başlamalıdır ki, məqsədinə çata bilsin. Məlum olur ki, əgər
ibadəti də Allahın adı ilə başlamasaq, məhv olar və məqsədinə çata
bilməz. Yəni, o şey ki. Allahın adı ilə başlanmazsa, davamlı olmaz.
İmam Sadiq (ə) buyurur: "Günah qapılarını Allahın adını çəkməklə
bağlayın və itaət qapılarını "Bismilləh" deyərək açın".
Həzrət (ə) başqa yerdə buyurur: "Sizlərdən kimsə əgər dəstəmaz
alan zaman "Bismilləhir-Rahmənir-Rahim!" deməzsə, şeytan ona şərik
olar. Əgər yemək yeyərsə, su içər və paltar geyinərsə və Allahın
adının çəkilməsi lazım olan işlərdə Allahın adını çəkməzsə, şeytan
onda şərik olar".
"Bismilləhir-Rahmənir-Rahim!" o qədər müqəddəs bir sözdür ki,
insanlar ona hörmət etməli və onu təsbih etməlidirlər. Bu adı
yaddan çıxartmaq olmaz və lazım olan yerlərdə ondan qafil olmaq da
olmaz.
Allah Təala bu adı həm bərəkət mənbəyi etmiş, həm təsbih mənbəyi
etmişdir.
Müsəlman heyvan kəsən zaman "Bismilləhir-Rahmənir-Rahim!"
deməlidir. Bu zaman həmin heyvanın əti halal olar, ancaq əgər
deməzsə, həmin heyvanın əti halal olmaz.
Müsəlman hər bir işində Allahı xatırlamalıdır. Yemək yeyəndə, yazı yazanda, yatağa gedən zaman və yataqdan qalxan zaman "Bismilləhir-Rahmənir-Rahim!" demək lazımdır.
Bəli, beləliklə görmək olur ki, "Bismilləhir-Rahmənir-Rahim!" həm mübarək İslam dininin nişanəsi və həm şüarı, həm Allahı təsbih etmək, həm hər bir işin məqsədinə çatmasına zəmanətdir. Bu müqəddəs cümləni yaddan çıxartmayaq və onun bərəkətindən faydalanaq. (deyerler)
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!