İnanc
Allahın adından "Səndən hərəkət məndən bərəkət" ifadəsini demək doğrudurmu?
Uca Allahın dediyi sözlər Quran ayələri və qüdsi hədislərdə bildirilmişdir.
Publika.az zikr.az-a istinadən bildirir ki, bu
ifadəyə həmin mənbələrdə rast gəlinmir, sadəcə insanların dilində
gəzən atalar sözüdür. Ümumən isə bu ifadənin mənası doğrudur, çünki
Uca Allah ona təvəkkül edərək çalışıb səy göstərənlərə bərəkət
verir.
"...Əgər möminsinizsə, Allaha təvəkkül edin!" (əl-Məidə, 23).
"Məgər Allah Öz quluna kifayət etmirmi...?" (əz-Zumər, 36).
"...(Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir! O kəslərin
ki, səbrli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişlər. Neçə-neçə
canlılar vardır ki, ruzisini (öz yanında) daşıya bilmir. Onların
da, sizin də ruzinizi Allah verir...". (əl-Ənkəbut, 58-60).
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Heç kim öz
əlinin zəhməti və alnının təri ilə qazandığından daha xeyirli bir
ruzi yeməmişdir. Davud peyğəmbər (Ona Allahın salamı olsun) də öz
əlinin əməyi, zəhməti ilə dolanırdı". (Buxari, Tabərani,
Beyhəqi).
-
Ekologiya22:15Bakıda və bölgələrdə külək güclənir - Faktiki hava /Yeniləndi
-
Hadisə21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO
-
Magazin121:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa20:48Zelenski ABŞ-a tələb irəli sürdü
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO




































