İnanc
Kim yatan zaman “İxlas” surəsini 3 dəfə oxusa...
Məhrum Ayətullah Əli Səadət Pərvər öz axırıncı dərsində şagirdlərinə belə buyurmuşdur: "Ölməyimi mənə göstəriblər. Çox aydın idi. İndinin özündə həmin zamanı xatırlayıram. Gördüm ki, peyğəmbərlər (ə) və İlahi övliyalar cənazə mərasimimdə iştirak edirlər. Bu, ona görədir ki, bəndə 40 il səhər çağında 100 dəfə "Tövhid" surəsini oxuyur və onu 124 min peyğəmbərin (ə) ruhuna hədiyyə edirdim".
"Tövhid" surəsini oxumağın fəzilətləri barəsində çox sayda
hədislərimiz vardır. O cümlədən:
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim yatan zaman "Tövhid"
("İxlas") surəsini 3 dəfə oxuyarsa, Allah 50 min mələyi onun üçün
vəzifələndirər ki, həmin gecə onu qorusunlar".
Əmirəl-möminin (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki,
buyurub: "O kəs ki, yatan zaman yüz dəfə "Tövhid" surəsini oxuyar,
Allah 50 illik günahlarını bağışlayar". (Həvzəh)
Əmirəl-möminin (ə) buyurur: "O kəs ki, sübh namazından sonra
"Tövhid" surəsini 11 dəfə oxuyarsa, həmin gün günah etməz.
Baxmayaraq ki, xar olmuş şeytan nə qədər çalışar, insanı günaha
tərəf çəkə bilməz və bu yolla xar olar".
İmam Sadiq (ə) atalarından nəql edir: "Peyğəmbər (s) Səd ibni
Məazın cənazəsində namaz qılır və buyurur: "Həqiqətən, 90 min mələk
onun üçün namaz qıldı ki, Cəbrayil (ə) də onların arasında idi.
Cəbrayildən (ə) soruşdum ki, o, nəyə görə sizin namazınıza layiq
olmuşdur? Cəbrayil (ə) dedi: "Çünki o, dayanan, əyləşən, minikdə
olan və piyada olan zaman, gedən və gələn halda "Tövhid" surəsini
oxuyardı""".
İmam Sadiq (ə) buyurur: "Hər kim xəstəliyə və ya giriftarlığa düçar
olarsa və "Tövhid" surəsini oxumazsa və həmin xəstəlikdən ölərsə,
atəş əhlindəndir". (deyerler.org)
-
Ekologiya22:15Bakıda və bölgələrdə külək güclənir - Faktiki hava /Yeniləndi
-
Hadisə21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO
-
Magazin121:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa20:48Zelenski ABŞ-a tələb irəli sürdü
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO




































