İnanc
"Bərakəllah" və "Təqva" sözləri nə deməkdir?
"Bəərakəllah" - Allah mübarək, xeyirli-bərəkətli etsin
deməkdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ifadəni
dualarında tez-tez istifadə edərdi.
"Təqva" - Allah qorxusu ilə günahlardan qorunmaq deməkdir. Mütttəqi
də təqva üzrə yaşayan möminə, təqvalı müsəlmana deyilir: "Şübhəsiz
ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında, Qadir
Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!" (əl-Qamər,
54-55).
Həqiqətən, Uca Allah müttəqiləri sevir". (Ali-İmran, 76; ət-Tövbə,
4-7-44; Məryəm, 85).
"Uca Allah insanlardan təqvalı olmağı istəmiş və təqvanı bəndələrin
bir-birindən üstünlük meyarı təyin etmişdir". (əl-Hucurat, 13).
Təqvanın yeri qəlbdir. Əbu Hureyrə (radıyallahu anhu) rəvayət edir
ki, peyğəmbərimiz üç dəfə (sinəsinə (yəni, qəlbinə) işarə edərək
belə demişdir: "ət-Təqva həə hunəə" (Təqva buradadır)...". (Muslim,
2564).
Alimləri təqvanı üç mərtəbəyə bölüblər. Bunlar aşağıdakılardır:
Xeyirxah, əməli-saleh işlərdə çalışaraq, yarışaraq öndə
gedənlər.
Xeyir əməllərdə çalışmadan, yarışmadan sadəcə vaciblər əməlləri
yerinə yetirməklə haramlardan, günahlardan çəkinərək
kifayətlənənlər.
Allahı şərik qoşmayan, lakin günahlar edərək özlərinə zülm
edənlər.
Bunun dəlili aşağıdakı ayədir: "...Onlardan kimisi özünə zülm edər
(pis əməlləri yaxşı əməllərdən çox olar), kimisi mötədil (pis
əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də Allahın izni
ilə yaxşı işlərdə (başqalarını ötüb) irəli keçər (yaxşı əməlləri
pis əməllərindən çox olar). Böyük lütf də budur". (Fatir, 32).
zikr.az
-
Hadisə21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO
-
Magazin121:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa20:48Zelenski ABŞ-a tələb irəli sürdü
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO




































