İnanc
Cənnətdə mömin kişilərdən ötrü hurilər olacaq - Bəs qadınlar üçün?
Qurana əsasən, Cənnətdə mömin kişilərdən ötrü yaraşıqlı hurilər olacaq. Bəs qadınlar üçün Cənnətdə hansı mükafatlar nəzərdə tutulub?
Publika.az islam.az-a istinadən bildirir ki, əvvəla, Cənnətdə möminlərə veriləcək mükafatların çoxu yalnız kişilərə aid olmayacaq. Həm kişilər, həm də qadınlar bu mükafatlardan istifadə edə biləcəklər. İkincisi, ümumiyyətlə, Cənnət nemətlərini maddi ləzzətlərlə məhdudlaşdırmaq düzgün deyil. Möminlər cənnətdə gözəl saraylar, dadlı meyvələr, ağacların altından axan sularla, hurilərlə yanaşı, mənəvi nemətlərə də layiq görüləcəklər. Quran müxtəlif səviyyəli insanlar üçün Cənnət nemətlərini təsvir edir. Kimisi bu nemətlərin içində huriləri daha çox arzulayır, kimisi peyğəmbərlər və imamlarla qonşu olmağı diləyir, kimisi üçün Allahın razılığı kifayətdir.
Qadınlara veriləcək mükafatlara gəlincə, əgər qadının bu dünyadakı əri də Cənnətə layiq olacaqsa, onların axirətdə birlikdə olmalarına icazə veriləcək. Əgər onlardan hər hansı biri bunu istəməsə və yaxud kişi Cəhənnəmlik olsa, qadına qılman adlanan kişi cinsli varlıqlardan və ya Cənnətdəki mömin kişilərdən birinə ərə getmək təklif ediləcək.
-
Hadisə21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO
-
Magazin121:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa20:48Zelenski ABŞ-a tələb irəli sürdü
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO




































