İnanc
Buddizm simvollarını əks etdirən meymunlar - “DAVRANIŞ KODU”nun SİRRİ - - FOTO/VİDEO
Bu təsvir Yaponiyanın məşhur sintoizm məbədi üzərindəki dünyaca məşhur incəsənət əsəridir. Təsvir edilən 3 müdrik meymun əslində Yaponiyada istifadə edilən məşhur atalar sözlərindən birini ifadə edir. Buddizm simvollarını əks etdirən üç meymunun təsviri Yaponiyada məşhur Tōshō-gū məbədinin qapısı üzərində 17-ci əsrdən qalma bir oymadır. Tōshō-gū məbədi üzərindəki oymalar fransalı illüstrasiya ustası Hidari Jingoro tərəfindən həkk olunub. Burada insan ömrünü təsvir etmək üçün meymundan istifadə olunmasını Konfutsinin "Davranış Kodu" ilə əlaqəli olduğu güman olunur.
Publika.az xəbər verir ki, bu şəkilli atalar sözünü məşhurlaşdıran mənbə Nikkodur. Təsvirdə ümumi 8 panel mövcuddur. Gördüyünüz 3 ağıllı meymunun təsviri 2-ci paneldə yer alır. Bu fəlsəfənin əslində tarixən çinlilərə aid olduğu deyilir. Rəvayətə görə, ilk dəfə 8-ci əsrdə Tendai - Buddist əfsanəsi Yaponiyaya Çindən gəlib.

"Heç nə görmürəm, heç nə eşitmirəm, heç nə deməyəcəyəm" kimi tərcümə edilən əsər əslində b.e.ə. 4-cü əsrdə başqa cür səslənirdi: "Əxlaqa zidd olana baxma; əxlaqa zidd olana qulaq asma; əxlaqa zidd olanı danışma; əxlaqa zidd olanı etmə”.

Görməzlik, eşitməzlik və danışmazlıq - Yaponların "Şər" haqqında ideyasıdır. Meymunlar məşhur yapon makakalarıdır. Təsvir olunan meymunların özlərinin adları belə var: qulaqlarını bağlayan Kikadzarunu, ağzını bağlayan İvadzaru, gözlərini bağlayan isə Midzaru kimi bilinir. Tarixçilər hesab edirlər ki, təxminən 500 il yaşı olan üç meymun simvolu Asiyada buddist rahibləri tərəfindən yayılıb.

Üzərində meymun təsviri olan ən qədim Kosin abidəsi 1559-cu ildə tikilib. Lakin abidənin üzərində 3 yox, yalnız bir meymun təsvir edilib.
Rusiyalı müğənni Veronika Kruqlovanın "heç nə görmürəm, heç nə eşitmirəm" adlı məşhur ifası var.
Könül Cəfərli
-
Magazin121:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa20:48Zelenski ABŞ-a tələb irəli sürdü
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
















.jpg)




















