İnanc
Səudiyyə Ərəbistanı əcnəbi zəvvarların Həcc ziyarətinə qadağa qoydu
Səudiyyə Ərəbistanı koronavirus pandemiyasına görə 60 min nəfərlik say məhdudiyyəti tətbiq edilməklə yalnız ölkə vətəndaşlara Həcc ziyarətinə icazə verib.
Bu barədə Həcc və Ümrə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, bu il iyul ayının ortalarında başlayacaq ziyarətdə 18-65 yaş arası zəvvarlar iştirak edə biləcək.
“Hər il zəvvarları qəbul etməkdən qürur duyan Səudiyyə Ərəbistanı Kralığı bu tənzimləmənin zəvvarların sağlamlığı, təhlükəsizliyi, mühafizəsinə davamlı qayğıdan, habelə onların ölkələrinin təhlükəsizliyindən irəli gəldiyini təsdiqləyir”, - açıqlamada vurğulanıb.
Qeyd edək ki, ötən il Həcc ziyarətində Səudiyyə Ərəbistanında yaşayan təxmindən 1000 nəfərin iştirakına icazə verilmişdi. Onlardan üçdə ikisi adətən Həcc ziyarətinə qatılan 160 millətin nümayəndəsi, üçdə biri isə Səudiyyə Ərəbistanının təhlükəsizlik və tibbi işçiləri olub.
Ümumilikdə Həcc ziyarətinə hər il dünyanın müxtəlif ölkələrindən 2 milyonadək zəvvar gəlir. (report)
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)





.jpg)

















.jpg)

.jpg)