İnanc
Hacı Şahindən Qurban bayramı namazı ilə bağlı AÇIQLAMA
"Qurban Bayramında bayram namazı iyulun 21-də qılınacaq”.
Publika.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib. O, bayram namazına daha çox insanın qatılmasına icazə verilib-verilməyəcəyi ilə bağlı suallara da aydınlıq gətirib:
"Bu barədə hazırda məndə dəqiq məlumat yoxdur. Hər şey yoluxma səviyyəsindən və vaksinasiyanın vəziyyətindən asılıdır. Hazırda vəziyyət əlverişlidir, ona görə də məscidlər müəyyən şərtlərlə fəaliyyət göstərir. Bayram namazına qədər vaksinasiya olunan insanların sayı da artsa, yoluxma dinamikası belə qalarsa və ya daha müsbət dinamika müşahidə olunarsa, o zaman yəqin ki, bayram namazında daha çox insanın iştirakı mümkün ola bilər. Amma bu barədə indidən qəti söz söyləmək çox çətindir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin bu il Qurban bayramının iyulun 20-21-nə təsadüf etdiyini açıqlamışdı. (Ölkə.az)
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi
-
Sağlamlıq14:42Saçlarının yarısı daraqda qaldı: Xərçəngin fəsadını belə göstərdi - VİDEO
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi





















.png)
















