İnanc
Həyata sıfırdan başlamaq olar, amma imzanı dəyişdirmək çətindir
Dünya şöhrətli yazıçı Paulo Koelyonun sözlərinə görə, “Niyə şəxsi həyatınızda bəxtiniz gətirmir” sualının cavabı bizdədir.
Publika.az xəbər verir ki, braziliyalı müsahibələrinin birində bu barədə qısa və müdrik bir məsəl danışıb.
Bir dəfə ağcaqanad milçəkdən soruşur: “Ətrafda çiçəklər varmı?”
“Çiçəkləri tanımıram, ancaq zibilliklər peyinlə doludur”, - milçək cavab verir. Daha sonra milçək ağcaqanada ətrafda mütləq ziyarət etməsi lazım olan bütün zir-zibil siyahısını verməyə başlayır.
Ağcaqanad göstərilən istiqamətdə uçur və yolda bir arı ilə qarşılaşır. Ona “Yaxınlıqda hər hansı bir zibil yeri gördünüzmü”, - sualını verir.
“Tullantılar? Peyin? Xeyr, heç yerdə görmədim”, - arı təəccüblənir. “Hər yer ətirli çiçəklərlə doludur”, - deyir və güllərə doğru uçur.
Əgər gözəlliyi görə bilirsinizsə, demək ki, qəlbinizdə gözəllik və yaxşılıq daşıyırsınız. Çünki dünya hər kəsin öz əksini gördüyü bir güzgü kimidir.
Yazıçı hesab edir ki, insan yalnız “özünə” aid olanları seçir.
Ziqmund Freyd də o qənaətdə idi ki, eyni dəyərlərə və fərqli xüsusiyyətlərə sahib insanları seçirik, çünki bunu bizə şüuraltımız diktə edir. Odur ki, keyfiyyətli insanlarla əhatə olunmaq istəyirsinizsə, daha yaxşı, daha təmiz, daha savadlı və daha məqsədyönlü olmağınız üçün əlinizdən gələni etməlisiniz. O zaman sizi məhz belə insanlar cəlb etməyə başlayacaq. Münasibətləriniz daha mehriban, daha mədəni və üst səviyyədə olacaq.
Etiraf etmək lazımdır ki, Paulodan bir neçə sitatı qulağımıza sırğa etməyə dəyər.
Vidalaşmağa cəsarət edə bildiyiniz zaman həyat sizə yenidən salam verəcək.
Sonda hər şey yaxşı bitir. Vəziyyət pisdirsə, deməli, bu, hələ son deyil.
Elə insanlar var ki, həyatı tək yaşamaq üçün dünyaya gəlir, bu, pis və ya yaxşı deyil, bu, həyatdır.
Həyata sıfırdan başlamaq olar, amma imzanı dəyişdirmək çətindir.
Aytən Məftun
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
-
Sosial11:44Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNDİ
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO









.jpg)















.png)












.jpg)
