İnanc
Kəbə tarixində İLK: Zəvvarlara robotlar xidmət edəcək
Səudiyyə Ərəbistanı Həcc ziyarətində olan zəvvarların təhlükəsizliyini təmin etmək və onları istiqamətləndirmək üçün 2 robotun istifadəyə verildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, 3G texnologiyası ilə işləyən, ekranı, kamerası və mikrofonu olan "şəxsi robot" zəvvarlar arasında gəzmək, onları yönləndirmək və suallarını cavablandırmaq qabiliyyətinə malikdir.
"Təhlükəsizlik robotu"nun temperaturu ölçəcəyi, insanların maska taxmasına nəzarət edəcəyi və ərazidə davamlı dezinfeksiya işləri aparacağı qeyd edilib.
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi iyunun 12-də xaricdən heç kəsin Həcc ziyarətinə qəbul olunmayacağını, ancaq ölkə daxilində xroniki xəstəlikləri olmayan, 18-65 yaş arasında olan 60 min şəxs üçün icazə veriləcəyini açıqlayıb.
Qeyd edək ki, COVID-19 səbəbindən Səudiyyə Ərəbistanı ötən il yalnız ölkə daxilindən məhdud sayda zəvvar qəbul edib.
Akqabay
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)