İnanc
Növbəti qrup Ümrə ziyarətinə bu tarixdə yola düşəcək
Yanvarın 13-də növbəti qrup Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına yola düşəcək.
Publika.az xəbər verir ki, bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib.
O qeyd edib ki, bu il Azərbaycandan Ümrə ziyarətinə gedəcək birinci qrupla bağlı proseslər artıq tamamlanmaq üzrədir. Hazırda müraciətlərin qəbul edilməsi davam edir.
Şöbə müdiri əlavə edib ki, Ümrə ziyarətində yeni tələb qoyulub: "Yeni tələb ondan ibarətdir ki, insanların çox olduğu halda açıq havada da maska taxılması məcburidir. Əvvəl belə tələb yox idi, sonradan bizə belə bir tələbin olduğu bildirildi".
Qeyd edək ki, Ümrə ziyarəti üçün qiymət təxminən 1440 dollar təşkil edir. Qiymət hotellərə görə dəyişə bilər.
Bu qiymətə təyyarə ilə səfər, VIP hoteldə qalmaq, qidalanma, transfer daxildir.
Zəvvarlar 3 gün Mədinədə, 4 gün Məkkədə qalacaqlar. Səfər birbaşa Bakı-Ciddə reysi ilə AZAL tərəfindən reallaşdırılacaq. Zəvvarlar Ciddədən Mədinəyə yüksək rahatlıqlı avtobuslarla gedəcək.
Eyni zamanda, ziyarətçilər səfər boyunca QMİ tərəfindən peşəkar və təcrübəli rəhbərlərlə təmin olunacaq və səfərlər zamanı onlar dini ayinlərin icrasına məsul olacaq, eyni zamanda həmin yerlərdəki tarixi-dini abidələrlə bağlı məlumatlar verəcəklər.
Səfər edənlərdən COVID pasportu tələb olunur. Hazırda 2 "Sinovac" + 1 "Pfizer" və ya iki "Pfizer" olan pasport tələb olunur. Hələ ki, iki doza "Sinovac" olan pasport qəbul edilmir, ancaq qəbul ediləcəyi ehtimalı var. Zəvvarlar həm səfərə gedən, həm də qayıdan zaman PCR testi verəcəklər. Geri dönən zaman PCR testi QMİ tərəfindən təmin ediləcək. Eyni zamanda, səfər edənlər zəmzəm suyu, keyfiyyətli ehram ilə təmin olunacaqlar.
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik
-
MDB14:03Ramzan Kadırova ordu generalı paqonları təqdim edildi
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi
-
MDB13:25Məşhur sovet psixoterapevti vəfat etdi
-
Ekologiya13:20Bakıda betonun üstündə yaşıllıq axtarışı: Plan baş tutacaq?
-
Nida Xəbər 12:55Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi
-
Ekologiya12:47Bakıya yağış yağacaq - HAVA PROQNOZU








.jpg)




























.jpg)