İnanc
Dünya şöhrətli yazıçıdan HƏYAT QAYDALARI: “Bu, sizi daha az incidəcək”
1988-ci ildə yaratdığı Bridcit Cons obrazı ilə məşhurlaşan İngiltərə yazıçısı və senaristi Helen Fildinq hesab edir ki, reallığı qəbul etmək bacarığı bizi neqativ olayların təsirindən daha tez çıxmağa və stressin əlavə yükündən xilas olmağa kömək edir.
Publika.az oxucuları dünya şöhrətli ingiltərəli yazıçının həyat qaydaları ilə tanış edib.
1. Narahat olma. Bircə təşvişə düşmə. Dayan, nəfəs al, düşün.
2. Heç kim səninlə maraqlanmır? Hər kəs özü ilə məşğuldur, eynən sənin kimi.
3. Heç vaxt vacib hadisədən əvvəl saçınızı kəsməyin və ya boyamayın.
4. Heç kim və heç nə ilk baxışdan göründüyü kimi dəhşətli dərəcədə pis və ya mükəmməl olmur.
5. İnsanlara sizinlə necə davranmalarını istədiyiniz kimi davranın.
6. Bir neçə ucuz əşya almaqdansa, bahalı bir şey almaq daha yaxşıdır.
7. Əslində həyatda vacib şeylər çox azdır. Özünüzü öldürməzdən əvvəl özünüzdən soruşun: “Bu, həqiqətənmi bu qədər vacibdir, yoxsa yalnız mənə belə görünür?”
8. Qələbənin açarı məğlubiyyətdən sağ çıxmaq və irəli getmək bacarığıdır.
9. Dürüst və mehriban olun.
10. Ayağa qalxmaq və bir az rəqs etmək istəyi yaradan şeyləri alın.
11. Vəhşi təxəyyülünüzə deyil, instinktlərinizə güvənin.
12. Bir fəlakət baş veribsə, yoxla və gör - bu fəlakətdirmi, ya yox. Necə yoxlamaq olar?
a) Özünüzə deyin: cəhənnəmə ki!
b) Hadisənin yaxşı tərəfini tapın. Yoxdursa, gülməli bir səbəb tapın. Əgər işə yaramasa, bu, əsl fəlakət ola bilər.
Sonra 1 və 5-ci bəndlərə baxın.
13. Həyat yumşaq ot üzərində gəzmək deyil. Hər şeyin ədalətli və gözəl olmasını gözləməyin.
14. Bəzən əyilmək məcburiyyətindəsən.
15. Heç nəyə peşman olmaq lazım deyil. Unutmayın: şəxsiyyətinizin xüsusiyyətlərini və o zamankı dünyanın vəziyyətini nəzərə alaraq, başqa cür edə bilməzsiniz. Dəyişdirə biləcəyiniz tək şey indiki zamandır, ona görə də səhvlərinizdən öyrənin.
16. Doğum günündə də içkinin küpünə girməyim, nə vaxt girim bəs?
17. Qadının kişiyə verə biləcəyi ən böyük hədiyyə sakitçilikdir.
18. Lənət şeytana, həmişə kənardan başqasının həyatı səninkindən daha yaxşı görünür.
19. Əgər nəyəsə peşman olmağa və “mən bunu etməliydim” deyə düşünməyə başlasanız, həmişə əlavə edin: “Bəlkə də o zaman məni yük maşını vurar, ya da Yapon torpedosu parça-parça edərdi”.
20. İndicə “Buddanın məsləhətlərini” bir daha oxudum: “Bulanıq su bir müddə sonra şəffaflaşır”. Qarışıq fikirlərlə də belədir – bir az gözləyin və hər şey qaydasına düşəcək.
21. Bütün problem gözləntilərlə bağlıdır, insanları əsəbiləşdirən məhz onlardır. Belə olmalı idi, ancaq başqa cür alındı. Reallığı qəbul etməyi öyrənmək lazımdır, bu, sizi daha az incidəcək.
22. Hər xoşagəlməz məqamda özümə belə bir sual verirəm: “Mənim yerimdə Dalay-Lama olsaydı, nə edərdi?”
-
Dünya16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir
-
MDB15:35Rusiya ilə Ukraynanın İstanbul razılaşmasını bu ölkələr pozub – Türkiyə hər şeyi açıqladı
-
Rəsmi xronika15:29İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 13:35"Azərbaycan Türk dünyasında söz sahibidir"
-
İqtisadi gündəm13:16Kredit almaq istəyənlərə VACİB XƏBƏR - Yeni qaydalar TƏSDİQLƏNDİ
-
Nida Xəbər 12:43"Türk Dünyası Həftəsi"nin açılış mərasimi oldu - YENİLƏNDİ
-
Dünya12:16İsrail Ərdoğanın bəyanatlarından narahatdır: ABŞ xəbərdar ediləcək
-
Köşə11:00Ərəb ola bilməyən Rövnəq Abdullayev, Rövşən Nəcəf...




































