İnanc
İsrail rəsmilərinin Milad paylaşımları sosial medianı qarışdırdı
İsrailin baş naziri Binyamin Netanyahu və İsrail ordusunun xristian dünyasına yönəlmiş Milad yazısı sosial media istifadəçilərində reaksiyalara səbəb olub.
Publika.az xəbər verir ki, Netanyahu “X” sosial media hesabında Milad bayramı ilə əlaqəli paylaşım edib. “Canavarlarla qarşı-qarşıyayıq. Uşaqları valideynlərinin gözü qarşısında öldürən, valideynləri övladlarının gözü qarşısında öldürən, qadınları zorlayıb başlarını kəsən, körpələri diri-diri yandıran, körpələri girov götürən canavarlar...”,- deyə o qeyd edib.
Çoxsaylı sosial mediya istifadəçi Netanyahunun paylaşımına cavab verib.
İsrail ordusunun Milad postu da reaksiya ilə qarşılanıb. Qəzzadakı hücumlar nəticəsində dağıdılan kilsənin fotosunu paylaşan səhifə “Dünyanın üçüncü ən qədim pravoslav kilsəsini İsrailin bombaladığını xatırlayın” yazıb.
Bəzi sosial media istifadəçiləri də İordan çayının qərb sahilində yerləşən tarixi Beytlehem şəhərində bombalanmış kilsənin görüntüsünü paylaşıblar. Onlar paylaşımlarda bu sözlərdən istifadə ediblər:
“Mənə yeni ildə xoşbəxtlik arzulamayın”, “Milad günündə İsanın doğulduğu yerə zərər vermək inanılmaz dərəcədə dəlilikdir”.
Aysel Şahmar
-
Magazin213:00Məşhur modelin alt paltarında poza verməsi gündəm oldu - FOTO
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
Magazin212:26Xalq artisti ölümdən son anda döndü - FOTO
-
MDB11:17Rusiya ordusu: Lokomotivləri məhv etdik
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu




















.png)















