İnanc
Qucaqlaşmağın bilmədiyimiz faydası üzə çıxdı
İncə toxunuşlar bədənə müsbət təsir göstərir və səhhətimizi yaxşılaşdırır. Qucaqlaşmaq həm də qanda xoşbəxtlik hormonu olan oksitosinin ifrazını stimullaşdırır.
Publika.az xəbər verir ki, bu sözləri kardioloq Olqa Bokeriya teleqram kanalında deyib. Mütəxəssis qucaqlaşmağın orqanizmə təsirindən söz açıb.
"Alimlər sübut ediblər ki, bir neçə dəqiqə partnyorunu qucaqlayan qadınlarda oksitosinin səviyyəsi daha yüksək olur. Oksitosinə sevgi və bağlılıq hormonu deyilir. O, etibar hissini artırır, narahatlıq və qorxunu azaldır, sakitlik və inam verir. Hormon insan münasibətlərini gücləndirir. Məsələn, doğuşdan dərhal sonra ana ilə uşaq arasında bir bağlılığın yaranmasında iştirak edir", - mütəxəssis bildirib.
Həkimin sözlərinə görə, emosional dəstək ürək-damar xəstəliklərindən ölüm ehtimalını azaldır. Bundan əlavə, toxunuş və qucaqlaşma stress hormonu olan kortizolun səviyyəsini azaldır. Unutmayın ki, kortizolun həddən artıq olması şəkərli diabet və müxtəlif xəstəliklərin inkişafına səbəb ola bilər. Odur ki, kardioloq yaxınlarımız ilə fiziki təmasdan qaçmamağı tövsiyə edib. Xüsusilə 5-10 dəqiqə qucaqlaşmaq rifahımıza əhəmiyyətli təsir göstərəcək.
Aytən
-
Sosial21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika15:35İlham Əliyev Vladimir Putinə zəng etdi
-
İdman11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR
-
Dünya11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?
-
Rəsmi xronika10:21Prezident: Ermənistan buna şərait yaratmalıdır









.jpg)






























