İnanc
Pullu iftar süfrələri dələduzluqdur: əməl dəftərinə əla qiymətlərlə yazılacaq Ramazan ehsanları hansılardır?
“Dinimizdə bir insanın tək yemək yeməyi məkruh hesab olunur. Bəndə yemək yeyən zaman süfrəyə başqalarını da dəvət etməlidir”.
Bu sözləri Publika.az-a açıqlamasında ilahiyyatçı-yazar Tural İrfan deyib. Onun sözlərinə görə, digər insanlara iftar süfrəsi açmaq isə ehsan sayılır:
“Ehsan sözü ərəb dilindən tərcümədə yaxşılıq deməkdir. Bu zaman insan böyük savab qazanır. Bir məsələni unutmamaq lazımdır ki, Ramazan ayında tutulan oruclar sırf savab qazanmaq üçün deyil. Oruc dinizmizdə vacib sayılır. Savab qazanmaq niyyəti ilə başqa aylarda əlbəttə oruc tutula bilər. Ramazan ayının orucu bəndəyə elə namaz kimi bir mükəlləfiyyətdir.
İftar etməyin özünün savabları var. Lakin bu iftarın növündən asılıdır. Bəzi dinlərdə, məsələn, Yəhudilikdə Hz. Davudun orucu var ki, bu orucda 3 gün və ya daha çox iftar etmədən, ancaq sahur edərək oruc tutulur və yaxud əksinə. Lakin İslam dinində Peyğəmbərimiz buyurub ki, sahurda və iftarda bərəkət var, iftarı tezləşdirin, sahuru gecikdirin. İlk növbədə oruc tutan şəxs özü xurma və su ilə orucunu açmalıdır. Bu, Peyğəmbərimizin sünnətidir” .
İlahiyyatçı bildirir ki, oruc tutmayan şəxsin başqalarına iftar süfrəsi açarkən savab qazanıb-qazanmaması onun oruc tutmamaq səbəbindən asılıdır.
“Əgər həqiqətən də həmin şəxsin səhhətində problemi və ya başqa keçərli səbəbləri varsa və bunu bəhanə etmədən oruc tuta bilmirsə, o zaman savab qazanar. Lakin heç bir problemi olmadığı halda oruc tutmadan nə qədər insana iftar versə də bu, onun üçün savab qazandırmır. Dinimizdə oruc tuta bilməyən şəxslər üçün müəyyən öhdəliklər var. Birincisi, qəza orucudur ki, Ramazan ayından sonra uyğun bir vaxtda orucun qəzası tutulmalıdır. Lakin yenə səhhəti buna da imkan vermirsə, həmin şəxs bir günə üç kasıbı doydurmalıdır və yaxud süfrə açıb 30 adama yemək verməlidir. Şübhəsiz ki, bu da insanların savabını, Ramazanın fəzilətini artırar. Peyğəmbərimizin hədislərindən birində də var ki, ehsan vermək xeyir əməllərdən biridir və bəndənin əməl dəftərinə yazılar”.
Tural İrfan restoranlarda iftar süfrələrinin məvacib ilə təklif olunmasına qarşıdır. O, bunun dələduzluq olduğunu hesab edir:
“Bu, qurban ətini pul ilə satmaq kimi bir şeydir. Əgər bir restoran sahibi savab qazanmaq istəyirsə, ehsan kimi iftar süfrələri aça bilər. Sosial şəbəkələrdə də insanlar restoranlarda qiymətlərin yüksək olmasından şikayətlənirlər. Dinimizdə var ki, orucluq vaxtı insanlar bir-birinə yardım, güzəşt etməlidirlər. Məsələn, tək özümüz oruc tutmaqla kifayətlənməli deyilik, ehtiyyac sahiblərinə də əl tutumalıyıq ki, onlar da həm sahurlarını həm də iftarlarını edərək oruc tuta bilsinlər. Restoran sahibləri də bu cür şeylərə imkan yaratmalıdırlar. Onlar bunun əksini edərək çox böyük günah edirlər. Əlbəttə ki, oruc tutan şəxslərə iftar verməyin böyük savabları var”.
İlahiyyatçının sözlərinə görə, yemək süfrələrindən foto paylaşmaq da günahdır:
“Bəzən sosial mediada görürük ki, insanlar təmtəraqlı süfrə başında əyləşirlər və buradan fotolar paylaşırlar. İslam dini buna qarşıdır və bu, dində riyakarlıq sayılır. Mən bunu oruc tutmağın reklamı sayıram, oruc tutmusansa, onu gizlin tutmalısan, bunu nümayiş etdirməli deyilsən. İmkanı olmayan şəxslərin bu cür yeməkləri görüb yeyə bilməməsi həmin fotoları paylaşanlara böyük günah qazandırır. Əksinə, həmin şəxslərə yardım edilməlidir. Necə deyərlər, sağ əlin verdiyini sol əl bilməməlidir. Nə ibadət etdiyini, nə də yardımı reklam etməməlisən. Ramazan ayı günahların bağışlanması üçün bir fürsətdir. Bu fürsəti əsl mənada dəyərləndirmək lazımdır”.
Roza Şəfiyeva
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji3 Oktyabr 17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
-
Sosial3 Oktyabr 16:16
Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə3 Oktyabr 15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi - VİDEO
-
Rəsmi xronika3 Oktyabr 15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ