İnanc
Azərbaycanlı zəvvarlar Məkkədə Həcc qurbanlarını kəsdilər - VİDEO
Bu gündən dünya müsəlmanlarının müqəddəs Qurban Bayramı başlayıb.
Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Məkkə şəhərində müqəddəs Həcc ziyarətində olan azərbaycanlı zəvvarlar Həcc qurbanlarını kəsdirməyə başlayıblar.
Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə azərbaycanlı zəvvarların Həcc Ziyarətində iştirakı davam edir. 15 iyunda Ərəfa gününü başa vurduqdan sonra iyunun 16-da səhər saatlarından başlayaraq Məkkədəki qurbangahlarda milyonlarla zəvvarların qurbanları kəsilir. Bayramın üç günü ərzində qurbanların kəsilməsi davam edəcək. Azərbaycandan olan ziyarətçilər əsasən bayramın ilk günlərində qurbanlarını kəsdirirlər.
Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarətinə görə 1500 nəfərlik kvota verilib. Həcc ziyarəti üçün Azərbaycanlı zəvvarların Həcc ziyarəti mərhələli şəkildə iyunun 4-dən başlayıb.
Həcc Ziyarətinin qruplara müvafiq olaraq iyunun 29-dan iyulun 1-dək başa çatdırılması və Mədinə şəhərinin ziyarəti ilə yekunlaşdırılması nəzərdə tutulur. İyunun 23-dən Azərbaycanın Həcc missiyası Məkkədən Mədinə şəhərinə transfer edəcəklər. İyunun 26-dan zəvvar qruplarının sıra ardıcıllığı ilə ölkəmizə qayıdışı başlayacaq. Sonuncu zəvvar qrupu Mədinədən 1 iyulda Azərbaycana qayıdacaq.
Zəvvarlar ziyarət dövründə Həccin əməllərini mərhələlərlə yerinə yetirirlər. Zəvvarlara təyin edilmiş qrup rəhbərləri onlara bələdçilik etməklə bərabər, lazımi təlimatları verərək Həcc əməllərinin düzgün şəkildə yerinə yetirilməsinə nəzarət edirlər.
Qeyd edək ki, Həcc Ziyarəti Uca Allahın müsəlmanlara buyurduğu hökmlərindən və İslam dininin təməl şərtlərindən biridir. Həccin yekununda zəvvarlar İsmayıl qurbanını kəsdirərək ehramdan çıxmış sayılırlar.
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
Magazin212:26Xalq artisti ölümdən son anda döndü - FOTO
-
MDB11:17Rusiya ordusu: Lokomotivləri məhv etdik
-
Avropa10:41Makrondan NATO və atəşkəs mesajı: "Daha irəli getmək lazımdır"
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu





















.png)
















