Tarix
Bakıdan göndərilən ərzaq müharibənin qarşısını aldı – SİRR AÇILDI
"Rossiya-1" telekanalında Rusiyanın keçmiş baş naziri
Yevgeni Primakovun həyatından bəhs edən sənədli filmdə 1990-cı
illərdə ABŞ-Rusiya münasibətlərinə toxunulub.
Publika.az xəbər verir ki, filmdə gərgin olan
Vaşinqton-Moskva münasibətlərinin düzəlməsində Azərbaycanın brend
məhsulu sayılan qara kürünün böyük rol oynadığını deyilir.
Primakovun həyat yoldaşı İrina Primakova 1997-ci ildə (Yevgeni
Primakov 1996-98-ci illərdə Rusiyanın xarici işlər naziri olub -
red.) həmin vaxt ABŞ dövlət katibi olan Madlen Olbraytın Moskvaya
səfərini xatırlayıb.
"NATO ilə bağlı sərt müzakirələr aparılırdı. Yevgeni evə gələndə
mənə ABŞ rəsmi heyətini evimizə qonaq dəvət etməyi təklif etdi.
Dostumla pelemeni hazırlamışdıq. Həmin vaxt Bakıdan olan dostumuz
bizə qara kürü göndərmişdi. Bir kiloqramm idi, əla kürü idi.
Uşaqlara verməyi fikirləşirdik, lakin qismət olmadı. Əla bir rus
süfrəsi açdıq. 12 nəfərlik ABŞ rəsmi heyəti süfrədəki pelemeniləri
kürü ilə yedilər və bununla hər şey sanki düzəldi", - deyə o
bildirib.
İ. Primakova deyir ki, əla alınan nahardan sonra həyat yoldaşı və
Olbrayt başqa otaqda müzakirələr aparmağa başlayıb: "Onlar otaqdan
razılaşaraq çıxdılar. Beləliklə, yeməkdən əvvəl razılaşa
bilmədikləri məsələlərdə yeməkdən sonra razılaşdılar".
Qeyd edək ki, qara kürü bu gün dünya bazarında Azərbaycan brendi
olaraq tanınır və heç bir kürü onunla rəqabət apara bilmir.
Asif
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO























.png)


.jpg)













