Tarix
ABŞ-ın bütün prezidentləri bir nəsildəndir - DOSYE
Barak Obama da daxil olmaqla Amerika Birləşmiş
Ştatlarının bütün prezidentləri İngiltərə kralı John Lackland-in
soyundandırlar və biri-birilərilə yaxın-uzaq qohumdurlar. Təkcə,
8-ci prezident Martin Van Byürendən başqa.
Məlumdur ki, ABŞ prezidentlərinin ulu babaları John Lackland dünya
tarixində "Şirürəkli Riçard" kimi məşhur olan ingilis kralı II
Henrixin qardaşı olub. Əfsanəyə görə, Robin Qudun mübarizə apardığı
kral da, elə o olub.
Vikipediyaya inansaq, qohum prezidentlər arasında öz
nəsil-nəcabətilə ən çox diqqət çəkən Barak Obamadır. O, İrlandiya
kralı Brayn Bor (Brian Bor), İngiltərə kralı Conun nəvəsi I Eduard
və Şotlandiya kralı I Vilhelmin nəslindəndir.
Nüfuzlu genosiyasi güclər Amerika prezidenti Barak Obamanın ana
tərəfdən Dan (Dun) qəbiləsindən olduğunu bildirirlər. Elə anasının
soyadı (Ann Dunham) da Amerika prezidentinin semit-hamit,
Afro-Asiya kökənli olduğunu açıq-aşkar sübut edir.
Bəs görəsən, qara dərili bir afro-amerikan necə oldu ki, bu qədər
uğur qazana bildi? Özü də prezident kimi...
Xüsusilə qeyd etmək lazımdır ki, daim əzilən afro-amerikanların
böyük əksəriyyətindən fərqli olaraq Barak Obamanın damarlarında bir
damcı da olsun Amerikanın qaradərili qullarının qanı yoxdur. Məsələ
burasındadır ki, Barak Obamanın ana tərəfindən olan əcdadları –
Edward Fitz Randolph (1607—1684/5) və Martha Eltonhed (1628-1689)
Kiyev knyazı Müdrik Yaroslavın (978 — 1054) soyundan olan
Şotlandiya kralı I Vilhelm (1143 — 1214) və İngiltərə Kralı I
Edvardın (1239 — 1307) nəslindən olublar. Bundan başqa Obamanın
əcdadları sırasında İngiltərə kralı Böyük Alfred (849 — 899) və
hətta Frank kralı Böyük Karlın adı var.
Ümumiyyətlə, Amerikanın biri-birinə qohum 43 prezidentindən
34-ü bir nəfərin - Böyük Karlın, 19-u isə birbaşa olaraq İngiltərə
kralı III Edvardın soyundandırlar.
Necə ola bilər ki, 1776-cı ildə müstəqilliyini elan edərək Avropa
monarxiyasından uzaqlaşan Amerikanın hər bir prezidenti Avropa
monarxlarının nəslindən olsun? Əgər ABŞ prezidentləri
həqiqətən də, hal-hazırda iddia edildiyi kimi, demokratiya yolu ilə
seçilirlərsə, onda seçim hər dəfə ingilis və fransız kralları
sülaləsinin təmsilçilərinin xeyrinə olmamalı idi. Araşdırmaların
nəticəsi isə onu göstərir ki, ABŞ-da prezident seçkiləri heç də
demokratik deyilmiş. ABŞ prezidentləri Avropa monarxiyalarının
təmsilçiləri kimi "Kral sülaləsi"ndəndirlər. Yəni, Amerikada
monarxiya var və kökləri Avropaya dayanır.
ABŞ prezidentlərinin "Kral sülaləsinin prezidentləri" olduğunu
Devid Ayk, Maykl Tsarion və Frits Sprinqmayer kimi araşdırmaçılar
elmi, tarixi-genealoji faktlara əsaslanaraq, sənədlərlə təsdiq
edirlər. Bu sülaləni həm də "13 illuminati ailəsi"nin Merovinq və
ya Vindsor- Buş qolu adlandırırlar.
Təkcə Corc Ulliam Buşun 16 keçmiş prezidentlə - Corc Vaşinqton,
Milard Filmora, Franklin Pirs, Abraham Linkoln, Uillis Qrant,
Rezerford Heyz, Ceyms Qarfild, Qrover Klivlend, Tedi Ruzvelt,
Vilyam Taft, Kalvin Kulic, Herbert Huver, Franklin D. Ruzvelt,
Riçard Nikson və Cerald Fordla birbaşa qohumluğu var. Albaniya
kralı ilə də yaxın bağları olan Buşun Britaniya kral ailəsinin
Vindzorlar Evindən olan hər bir üzvünə qohumluğu çatır. O, 20
Britaniya hersoqu ilə eyni geni daşıyır. Bundan başqa Britaniya
kraliçası Yelizavetta və onun anası ilə 13-cü nəsil qohumudur. Onun
əcdadları kral III Henri, II Karl və I Eduarddır.
Corc Buş həm də Con Kerinin uzaqdan-uzağa əmisi oğludur. Con Keri
kral II Henri və "Şir ürəkli" Riçardın nəslindəndir. Corc Buş qədər
olmasa da, onun "royallar"a, Albaniya, İsveç, Norveç, Danimarka,
Rusiya, Persiya və Fransa kralliyyətlərinin üzvlərinə qohumluğu
çatır. İngilis və fransız monarxlarının övladları olan Buş və Keri
qardaşları həmçinin, "Kəllə və sümüklər" gizli tələbə cəmiyyətinin
"gizli qardaşları" kimi də tanınırlar. Bu cəmiyyət 1832-ci ildə
Vilyam Huntinqton Rasel və Alfonso Taft tərəfindən Yel
Universitetində yaradılıb. Corc Buş və Con Kerri 2004-cü ildə
prezident seçkilərində rəqib olsalar da, eyni təşkilatda
olduqlarını heç kim bilmirdi.
"Kəllə və Sümüklər" təşkilatının mərkəzi binası məzar adlanır.
Bu binanın pəncərələri olmur və təşkilat üzvləri əsas prosesləri
burdan idarə edirlər. "Kəllə və Sümüklər"in İllüminatlar və
Masonluq kimi gizli cəmiyyətlərin fəaliyyətlərindən təsirləndiyi
ehtimal edilir. Hətta bəzi iddialara görə, "Kəllə və Sümüklər",
əsasən, Avropada fəaliyyət göstərən İllüminatlar gizli cəmiyyətinin
ABŞ qanadını təşkil edir.
Corc Buşun gizli qohumları siyahısı təkcə Con Keri ilə yekunlaşmır.
Keridən əvvəl, hələ 2000-ci ildə prezidentlik uğrunda yarışlarda
məğlub etdiyi Albert Qor da onun qohumu imiş. Albert Qorun I
Eduardın, Roma imperatorları I və II Lyudviq, II Karl və birbaşa
olaraq Böyük Karlın nəslindən gəlməsi onu Riçard Nikson və Corc
Buşun uzaq qohumu edir. Bununla da məlum olur ki, 2000 və 2004-cü
ildə Buşa qarşı olan demokrat namizədlər əslində onun əmisi
uşaqları olub.
Tarix boyu ABŞ-da prezidentlik uğrunda yarışan hər iki
namizəd kral nəslinin varisləri olub. Belə ki, Ağ Evə prezident
qismində daxil olmağa çalışan istənilən namizədin kral nəslindən
olması hər zaman vacib nüans olub.
Kral sülaləsi üzvlərini süni-siyasi Amerika dixotomiyası (- iki
hissəyə bölmə - bu cür bölmə əməliyyatı gen konsepsiyasını təyin
etmək vacib olduğu hallarda həyata keçirilir. Burada namizədlərin
hər ikisinin kral geni daşıması vacibdir, -red.) vasitəsilə
hakimiyyətə gətirməklə, köhnə monarxlar demokratik seçkilər pərdəsi
altında öz taxt-tac hüquqlarını təmin ediblər. Hələ 1996-cı ildə bu
cür taktikanın şahidi olmuşuq. O vaxt demokrat Bill Klintonun
məğlub etdiyi respublikaçı Bob Doul onun doğmaca əmisi oğlu
idi.
Ənənə bu gün də davam edir; ABŞ prezidentliyinə iki rəqib
namizədlər, Hillari Klinton və Donald Trump da kral nəslindəndir.
Son zamanlar ABŞ mətbuatında bunu təsdiq edən xəbərlər yayılıb.
Bildirilir ki, Donald Tramp ana , Hillari Klinton isə ata tərəfdən
biri-birilərinə qohumdurlar.
Tramp və Hillari İngiltərə kralı III Edvardın oğlu 1-ci Lankaster
hersoqu Conun (John of Gaunt) 19-ci nəsilindən olan nəvələridir.
Daha dəqiq desək, geriyə sayanda Trampın 17-ci babası Con Bofort
(John Beaufort) və Klintonun 17-ci nənəsi Coan Bofort İngiltərə
şahzadəsi Con Qontun 3-cü rəsmi nigahlı həyat yoldaşı Katrin
Svinforddan olan övladlarıdır. Onu da qeyd edək ki, Katrin şahzadə
Con Qontun qulluqçusu olub. Bundan başqa Trampla Hillarinin 18
ortaq nənə-babası var. Bununla demək olar ki, onlar "18
qat"qohumdurlar.
Kral geni daşıyanlar iddia edirlər ki, onların əcdadları qədim
dünya allahları olub. Onlar bir qayda olaraq qanlarının başqa qana
qarışmasını istəmirdilər. Maraqlıdır ki, Amerikanın illüminatlar
ailəsi və hakim elita da belə düşünür. Qədim Şumer, Babil, Misir
rəhbərləri isə əksinə Avropaya can ataraq genlərinin kral geni ilə
qarışmasını istəyirdilər. Çünki, onlar Britaniya üzərindən Avropanı
və dünyanın bir çox ölkələrini idarə etmək məqsədi güdürdülər. Bir
sözlə açıq kral sülaləsi diktaturası hökm sürürdü. İnsanlar bunun
fərqinə varıb etiraz səslərini qaldıranda kral elitası "saman
altından su yertiməyə" başlayır, müasir cəmiyyət üzərində nəzarəti
ələ keçirirdi.
azvision.az
-
Səhiyyə22:00
Sumqayıtda bu həkimə YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO
-
Mistika21:12
Bakıda bu ərazilər PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
Region20:48
Ərdoğan NATO lideri ilə görüşəcək - Masada 3 əsas məsələ var
-
Magazin120:12
Natavan Həbibi bacısını axtarır
-
Cənubi Qafqaz20:00
Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdılar - VİDEO
-
Nəqliyyat19:48
Sürücülər cərimələnməmək üçün görün hansı təhlükəli üsula əl atırlar - VİDEO
-
Sosial18:36
Sakinlərin NƏZƏRİNƏ: bəzi ərazilərdə işıq olmayacaq
-
Magazin118:24
Aynişan yenidən ora getmək istəyir - FOTO