Tarix
Bal və südlə bədənləri çürüdülüb, böcəklərə yem edən işgəncə - Skafizm - FOTO
Dövlətlər hələ ilk yaradılış dönəmində öz gücünü göstərmək üçün olduqca qəribə işgəncə, edam üsulları tətbiq edirdilər. Bunlardan qədim İranda ağır cinayət törədənləri cəzalandırmaq üçün istifadə edilən eskapizm üsulu tarixdə iz buraxıb.
Publika.az qəribə işgəncə üsulu olan skafizmi haqqında məlumatı təqdim edir:
Cəzalandırılan, əvvəl göl və ya dərya üzərindəki qayığa kürək
üstü möhkəmcə bağlanırdı. Eyni hüdürlükdə başqa qayıq onun üzərinə
qoyulur və qurbanın yalnız başı, qolları, qıçları çöldə qalmaqla
üzərinə bağlanılırdı. 
Süd və baldan hazırlanmış qarışığı qurbana yedizdirilirdi. Bu qarışıq kəskin ishala səbəb olurdu. İslah içində qalan bədən yavaş-yavaş qurbanın ölümünə səbəb olurdu. Çöldə qalan bölgələri isə (üzü, qolları və qıçları) bala bulanır və birbaşa günəş şüasının altında qalırdı. Bal və nəcisin varlığı, qısa müddətdə ətrafdakı bütün həşəratları ora cəmləyirdi. Bura qədər olan proses iztirab prosesi adlanır. Həşəratlar balı yedikcə dəriyə və əzələyə keçirdilər. Qurbanın nəcis içində qalan hissəsində həşəratlar sürfələrini qoyurdu. Təbii, gəmiricilər də bu üfunətə toplaşaraq bədən üzvlərini gəmirməyə başlayırlar. Cinsi orqanlar, qarın boşluğu, qarşılarına nə çıxarsa. Sürfələrdə böyüyən həşəratlar da qurbanın ətini yeyərək bəslənirdi. Ən pisi də, qurbanın ölməsinə icazə verilməməsi idi.
Süd və bal, qurbanın su və qida ehtiyacını ödədiyi üçün qurban asanlıqla ölmürdü. Aylarla həyatda qalmaq şansı olmasa da, qurban bir müddət sonra septik şoka (bədənin həddindən artıq yoluxmuş olması nəticəsində orqanların funksiyasını itirməsi vəziyyəti) girir və ölürdü. Yəqin ki, bəşəriyyət bundan iyrənc və amansız cəza növü tanımır.
Dilrubə Vaqifzadə
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO























.png)


.jpg)













