Tarix
Dünyada ilk ana laylası bu olub - - FOTO
Tarixin ilk yazıya alınan laylası Şumerlərə aiddir. Bu mükəmməl əsər, oğullarından birinin xəstəliyi səbəbi ilə çox kədərlənən Şulginin arvadının ağzından yazılmış mahnıdır. Şumerli ananın mahnısının əsas hissəsi uşağı vəsf edir. Gil lövhə üzərində yazılan mixi yazısında illərin təsiri ilə yaranan çatlar olduğu üçün tərcümə və şərhi çətinliklə edilir.
Laylaların nisbətən aydın oxunan hissələrini publika.az təqdim edir:
Birinci fraqment:
"U-a a-u-a
Ururu nəğməmdə - böyüsün
Ururu nəğməmdə - böyük olsun
Sumax ağacı kimi möhkəm kök salsın
Şakir bitkisi kimi boy atsın"
Sonrakı fraqmentdə ananın yuxunun gələcəyini söyləyərək oğlunu sakitləşdirməyə çalışmasından ibarətdir:
"Ağam (yuxu-anlamında)
çay kənarında sıralanan, qönçələnən alma ağaclarının arasında,
Onun (yuxu- red.) üzərinə əlini uzadacaq,
Yatanın üzərində əlini tutacaq,
Oğlum, yuxu səni aldı alacaq,
Yuxu səni basdırdı, basdıracaq"
Üçüncü fraqmentdə yuxudan bəhs edən ana, oğlunun yuxusuz gözlərini bağlaması və anlaşılmaz səslər çıxarıb yatmasına maneə törədən dilini susdurması üçün səslənir:
"Gəl yuxu, gəl yuxu,
Oğlumun olduğu yerə gəl,
Tez (gil lövhənin sınıq yeri) oğlumun olduğu yerə gəl yuxu,
Yuxusuz gözlərinə yuxu ver,
Sürməli gözlərinə əlini qoy,
Çöldəki dilinə gəldikdə,
Durmayan dilinin yuxusuna maneə törətməsinə icazə vermə."
Sonra yenə xəstə oğluna xitab edir, yuxunun onun qucağını qırmızı buğdayla dolduranda, Şulginin oğlunu yaxşılaşdıracaq pendir və bağçasından kələm tapacağına söz verir.
"O (Yuxu-red) qucağını qırmızı buğdayla dolduracaq,
Mən - mən sənin üçün kiçik pendir hazırlayacam,
İnsana şəfa verən kiçik pendir,
İnsana şəfa verər, Ah, ağanın oğlu,
Ah ağa Şulginin oğlu!
Bağçam bol sulu kələmdir,
Kahı kələmləri yaxşı yetişmişdir (?),
O kələmləri yesin əfəndi."
Yuxarıdakı laylalar anaların minlərlə il əvvəl də eyni duyğuları daşıdığını göstərir. Məzmun və forma baxımından bizim laylara çox bənzəyir ki, bu bir daha Şumerlərin Azərbaycan xalqının soykökünə yaxın olduğunu təsdiqləyir
Dilrubə Vaqifzadə
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO




















.jpg)

















.jpg)
