Tarix
Özünü peyğəmbər elan edən qul - - FOTO
Publika.az xəbər verir ki, ABŞ-da Net Terner adi qul ikən 50-dən çox silahdaşı ilə qul üsyanına başçılıq etmişdir. Bu üsyan məğlubiyyətlə başa çatsa da, yaşananlar və nəticələri olduqca maraqlıdır.
Qul kimi doğulan Net Terner atasını kim olduğunu bilmirdi. Deyilənlərə görə, о, iti zəkası və sürətli qavrayış qabiliyyəti ilə digər qullardan fərqlənirdi.
Gənc yaşda oxuma və yazmağı öyrənmiş və İncili oxumuşdur. Zamanla dindara çevrilən Net, 22 yaşda Tanrını gördüyünü və ondan vəhlər aldığını iddia edirdi. Davamlı İncildən ayələr oxuduğu üçün qul yoldaşları onu "peyğəmbər" deyə çağırırdı. Bu müraciət bir müddət sonra ciddi məna qazandı. İddiasına görə, uca məqsədə xidmət etmək üzrə Tanrı tərəfindən ona səlahiyyət verilmişdi. İşlədiyi tarladakı qulların böyük hissəsini özünə inandırdı. Hətta ağ dərili müridi belə olmuşdu. Söylədiyinə görə, Tanrının krallığının düşməni olan krallıqla döyüşəcək, onları öz silahı ilə vuracaqdı.
11 fevral 1831-ci Virciniyada günəş tutulması müşahidə edildi. Terner bunu "qara adamın günəşə qalxması" olaraq şərh etdi. 13 avqustda başqa tutulma müşahidə edildi. Terner bunun Tanrının son işarəsi olduğunu söylədi. Beləliklə, 21 avqustda üsyan qaldırıldı.
İlk davamçıları eyni plantasiyada çalışdığı qul yoldaşları oldu. Diqqət çəkmədən digər qullarla ünsiyyət qurmaq üçün, əvvəldən təyin olunmuş mahnıları söyləyərək gəzməyə başladılar. Yenə diqqət çəkməmək üçün silahlar yerinə kəsici alətlər və çubuqlar istifadə etdilər. Üsyançılar ev-ev gəzib tapdıqları bütün qulları sərbəst buraxdılar və gördükləri bütün ağ dərili qadın uşaq ayırd etmədən öldürdülər. 50-dən çox qul sahibi öldürülmüşdü. Lakin üsyan iki gün içərisində yatırıldı. Bu əsnada 200-ə yaxın qara dərili öldürüldü.
Terner üsyan yatırıldıqdan sonra itkin düşdü. Üsyana qoşulan 45 qul mühakimə olundu, 18-i öldürüldü, digərləri təkrar qul kimi satıldı. Sonradan tapılan Net Terner ölüm cəzasına məhkum edilərək, 11 noyabrda asıldı. Sonra, dərisi soyuldu və başı gövdəsindən ayrıldı.
Dilrubə Vaqifzadə
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi







































