Tarix
Tarixdə bu gün: 1 YANVAR - FOTO
1 yanvar - Dünyada Yeni il bayramı qeyd olunur. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlıdır. Şaxta baba, Qar qız və küknar ağacı Yeni il bayramının atributlarıdır. Yeni ilin gəlişi dünyada, o cümlədən Azərbaycanda təntənə ilə qeyd edilir.

1929-cu il. Sovet hökumətinin ərəb əlifbasından
istifadəyə qadağa qoyması ilə Azərbaycanda latın qrafikalı əlifbaya
keçilib. Bu hadisə Azərbaycanda savadsızlığın ləğvində mühüm rol
oynayıb. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya
keçilməsi və bunun nəticəsində SSRİ-də və xaricdə yaşayan türk
xalqları arasında mədəni əlaqələrin güclənməsindən ehtiyatlanan
sovet imperiyası Azərbaycan əlifbasını yenidən dəyişdirmək qərarına
gəldi. 1940-cı il yanvarın 1-dən Azərbaycanda kiril qrafikalı
əlifbaya keçmək haqqında qərar qəbul olundu.

1937-ci il. Tanınmış aktyor, Əməkdar Artist Eldəniz Zeynalov anadan olub (1937-2002-ci il). Tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, "Mоzalan" satirik kinojurnalının bir çох süjеtlərində yaddaqalan оbrazlar yaradıb. "Əhməd haradadır", "Bir cənub şəhərində", "Bəyin oğurlanması", "Bizim Cəbiş müəllim", "Qonşu qonşu olsa", "O qızı tapın", "Yaramaz", "Yeddi oğul istərəm", "Yol əhvalatı" filmlərində oynadığı rollarla tamaşaçı sevgisi qazanıb.

1995-ci il. Dünya Ticarət Təşkilatı yaradılıb. Təşkilatın dünya ticarətinin 97 faizdən çoxunu əhatə edən 160 üzvü var. Ticarət sazişlərinin idarə edilməsi, ticarət mübahisələrinin həlli, milli ticarət siyasətlərinin nəzərdən keçirilməsi, texniki yardım və treninq proqramları vasitəsilə inkişaf edən ölkələrə iqtisadi siyasət məsələlərində dəstək göstərilməsi kimi funksiyaları var.

1959-cu il. Kuba üsyançıları Fidel Kastronun rəhbərliyi ilə Havananı ələ keçirib, Prezident Fulxensio Batista Dominikan Respublikasına qaçıb. 1959-1976-cı illərdə Kubanın Baş naziri, 1976-2008-ci illərdə isə dövlət başçısı olan Fidel Kastro 2016-cı il noyabrın 25-də vəfat edib.

1993-cü il. Euronews telekanalı Fransanın Lion şəhərində yayıma başlayıb. Tamaşaçı sayı baxımından Euronews Avropa qitəsinin ən çox izlənilən xəbər kanalıdır. Kanalda Avropa və dünyadan xəbərlər 30 dəqiqəlik aralarla efirə gedir. Verilişləri 10 dildə yayımlanır.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO















.jpg)





.png)





.jpg)











