Tarix
Tarixdə BU GÜN
![]() |
1942-ci il. Görkəmli teatr xadimi, Azərbaycan SSR Xalq Artisti Leyla Bədirbəylinin doğum günü (1942-1999). Üzeyir Hacıbəylinin dəvəti ilə 1945-ci ildə "Arşın mal alan" filmində çəkilib. “Otello”da Dezdemona, “Göz həkimi”ndə Nərminə, “Od gəlini”ndə Solmaz, “Mahnı dağlarda qaldı” tamaşasında Fəxrəndə rollarını ifa edib, bir çox filmlərdə yaddaqalan obrazlar yaradıb. Azərbaycan SSR-in dövlət mükafatı laureatı, həmçinin müstəqil Azərbaycanın “İstiqlal” ordeni ilə təltif olunub. |
|
|
1935-ci il. Amerikalı müğənni və aktyor Elvis Presli anadan olub (1935-1977). ABŞ-da Preslinin qızıl, platin və ya multiplatin statusu qazanan 150 albomu var. Mahnıları "Billbord" hit-paradının ən çox "qızıl yüzlüyünə" düşən müğənnidir (149 mahnı). Müxtəlif illərdə üç "Qremmi" mükafatı alıb. Forbes jurnalının yazdığına görə, Elvis dünyanın vəfat etmiş məşhur insanları arasında ən varlılarındandır. Onun ölümü də qəribə olub. Diş həkimindən gələn Elvis yuxuya getmək üçün sakitləşdirici dərman içir. Bunun təsirsiz olduğunu görən müğənni əlavə yuxu dərmanı da qəbul edir. Səhər açıldıqda isə o artıq gözlərini əbədi yummuşdu. Aparılan müayinələrin nəticələrinə görə, Elvisin ölümünə səbəb müxtəlif dəyirmanlarının qarışdırılaraq qəbul edilməsi olub. |
![]() |
1977-ci il. SSR-də silsilə terror aktları baş verib. İlk partlayış “İzmayılovkaya” və “Pervomayskaya” stansiyaları arasında olan qatarda, sonra isə ticarət və ərzaq mağazalarında törədilib. Partlayışlar nəticəsində 7 nəfər həlak olub, 37 nəfər yaralanıb. İstintaq partlayışların erməni millətçiləri tərəfindən törədildiyini müəyyənləşdirib. |
|
|
1996-cı il. Konqo Demokratik Respublikasının paytaxtı Kinşasadan Kaxembaya hərəkət edən “Moscow Airways”ə məxsus “Аn-32B” yük təyyarəsinin uçuş zolağından havaya qalxa bilməməsi və yaxınlıqdakı bazara girməsi nəticəsində 298 nəfər həlak olub, 253 nəfər yaralanıb. Qəza təyyarənin həddən artıq yüklənməsi səbəbindən baş verib. |
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO



















.jpg)





.png)





.jpg)











