Tarix
ABŞ kəşfiyyatı Heydər Əliyev və Qarabağ haqqında MƏXFİ SƏNƏDLƏRİ YAYDI
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) məxfilikdən
çıxarılmış bir milyona yaxın sənədi yayıb.
Publika.az xəbər verir ki, sənədlərdən birində Dağlıq Qarabağ
münaqişəsindən bəhs olunur.
1988-ci ildə CİA-nın direktoru Uilyam Uebsterin ABŞ-ın
vitse-prezidentinə ünvanlandığı məktubda münaqişə haqqında məlumat
verilir. Bu məktub 25 il məxfi qrifi altında qalıb.
U.Uebster Azərbaycan xalqı və ermənilər arasında qarşıdurmanın
yaranmasında Rusiya imperiyasının rolundan bəhs edir. Ermənilərin
Qafqaza gəlişi, rusların türklər və ermənilər arasında
ziddiyətlərdən öz maraqları üçün istifadə etməsi qeyd olunur.
CİA direktoru 1915-ci ildə Osmanlı İmperiyasında baş verən
hadisələrdən bəhs edir, həmçinin ermənilərin türklərə və
azərbaycanlılara nifrətinin səbəblərini izah edir.
“Ermənilər SSRİ zamanı Dağlıq Qarabağın Azərbaycanın
tərkibində qalmasından narazı idilər. Sonrada onlar bu ərazilərə
iddia etməyə başladı”, - deyə məktubda qeyd olunur.
CİA direktoru dağlıq Qarabağ münaqişəsinin yaranmasında erməni
ziyalılarının, xüsusilə Qorbaçovun məsləhətçisi Aqanbekyanın
rolunun olduğunu qeyd edir.
Bu sənəd 2012-ci ildə məxfilikdən çxıarılsa da, indi yayılıb.
Azərbaycanla bağlı daha bir sənəddə isə Heydər Əliyevdən
bəhs olunur.
CİA RDP84T00926R000100100006-7 nömrəli məxfi sənəd 1983-cü ilin
oktyabrında qeydə alınıb.
“Heydər Əliyev: SSRİ Nazirlər Sovetində onun yeni rolu” adlı 20
səhifəlik məruzədə Heydər Əliyevin Azərbaycan SSR-i Dövlət
Təhlükəsizlik Komitəsinə və respublikaya rəhbərlik etdiyi dövrdən
bəhs olunur. Həmçinin əlavə olunur ki, Andropov SSRİ-nin
rəhbərliyinə gələndən sonra Heydər Əliyev Azərbaycanda korrupsiyaya
qarşı mübarizəyə başlayır.
Sənəddə Heydər Əliyevin Azərbaycanda apardığı islahatlara yer
ayrılıb. Qeyd olunur ki, onun bu fəaliyyəti Andropov tərəfindən
SSRİ Nazirlər Sovetinə vəzifəyə dəvət olunması ilə nəticələnib.
Bu sənəd məxfilikdən 2011-ci ildə çıxarılıb. Lakin ictimaiyyətə
indi açıqlanır.
Asif
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO














.jpg)






.png)





.jpg)











