Tarix
Şah İsmayılın döyüş bayrağı Azərbaycandakı bu evdə qorunur
Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətainin ulu
babası Şeyx Zahid Gilani Lənkəranın Siyavər kəndində dəfn edilib.
Sonralar isə Xəzər dənizinin səviyyəsinin qalxması qəbir üçün
təhlükə yaradıb və məzar hazırkı yerinə — Lənkəranın Şiyakəran
kəndi ərazisinə köçürülüb. Ayrıca, üzərində türbə inşa
edilib.
Sonralar Şah İsmayıl Şirvanşahlar dövlətinin üzərinə yürüş edərkən,
Pütəsər mahalının Şiyəkəran kəndinə gəlib. Şahın bu ərazidə düşərgə
salmasında əsas məqsəd — ulu babasının dəfn olunduğu türbəyə yaxın
olmaq, tez-tez türbəni ziyarət etmək və qışı burada keçirərək, yaz
aylarında Şirvanşahların üzərinə hücumu davam etdirmək idi.
Şah İsmayılın ordusuna məxsus döyüş bayrağı hazırda Şiyəkəran Kənd Orta Ümumtəhsil Məktəbinin müəllimi Yunus Qulamovun evində qorunur. O, Sputnik Azərbaycan-a açıqlamasında bu qədim əşyanın adının "ələm" olduğunu bildirdi.
Müsahibimizin sözlərinə görə, "ələm" ərəb dilində "bayraq
başlığı" deməkdir: "Bunu uzun illər bizdə dini bir əşya hesab
ediblər. Yəqin ki, buna bayraq başlığının üzərində ərəb əlifbası
ilə bir neçə dəfə Allah sözünün yazılması səbəb olub. Lakin bir
neçə il öncə mən bu əşyanın nə olduğunu aşkar etmək üçün araşdırma
apardım. Sonda bunun Səfəvi ordusunun döyüş bayrağının başlığı
olduğunu ortaya çıxartdım".
"Bu ələm, təxminən XVIII əsrdə ulu babam tərəfindən tapılıb. O,
kənd tarlasında əkin-biçinlə məşğul olarkən bir küp tapıb. Küpün
içərisindən isə bu ələm və bir neçə başqa əşya çıxıb. Küpün ağzının
xüsusi üsulla — təbii heyvan dərisi ilə bağlanması döyüş bayrağı
başlığının korlanmasına imkan verməyib. Hazırda mən küpün
içərisindən çıxan bu ələmi və 3 gümüş sikkəni saxlayıram" — Qulamov
bildirir.
Həmsöhbətimiz əmindir ki, sözügedən bayraq başlığı Səfəvi ordusunun
bu ərazidən Şirvanşahlar üzərinə getdiyi zamanın yadigarıdır: "Bu
ələm Şah İsmayılın hakimiyyəti dövrünə aiddir. Çünki ələmin üstündə
12 imamın və 2 məsum xanımın adları, həmçinin Məhəmməd Peyğəmbərin
və Həzrəti Əlinin adları döymə üsulu ilə yazılıb. Araşdırıb
öyrəndim ki, artıq II Şah İsmayılın hakimiyyəti dövründə döyüş
bayrağı başlıqlarında 12 imamın və 2 məsum xanımın adlarının
yazılması qadağan olunub. Buna səbəb isə təriqətlər arasında
ixtilafların yaranması idi".
Ələmin ucundə 3 alov dili, yan tərəflərdə isə quş başı təsvir
olunub. Y. Qulamovun dediyinə görə, bəzi mənbələrdə bu təsvirin
mənası "odda yanan simurq quşu" anlamına gəlir: "Ələmin özü isə
mislə gümüşün qarışığından alınan metaldan düzəldilib. 3 alov
dilindən ortadakı dilin üzərində dörd oyma nöqtə var. Bu da sufizmə
işarədir. Çünki bu 4 oyma nöqtə sufilikdə 4 ünsürə — hava, su,
torpaq, oda işarədir".
Döyüş bayrağı başlığının hər dörd küncündə isə "Şeyx Səfi butası"
adı ilə tanınan işarələr həkk olunub: "Bu da növbəti dəfə ələmin
səfəvilərə aid olduğunu sübut edir. Başlığın üzərində "Səfiyullah"
kəlməsi həkk olunub. Yenə diqqətlə baxsaq, quş başlarının birinin
aşağı hissəsində çapacaq izi, bəzi hissənin sındığını, sonradan
təkrar bərkidildiyini görərik. Bu isə bayrağın həqiqətən də döyüşdə
istifadə olunduğuna və döyüş vaxtı zədə aldığına işarədir".
Məlumat üçün bildirək ki, Səfəvi ordusunun döyüş bayrağı başlığının
bütöv qalan və üzərində "Səfiyullah" yazılan yeganə nümunəsi, məhz
Yunus Qulamovun evində qorunub saxlanılan ələmdir.
-
Sosial17:42Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika16:20İlham Əliyev fərman imzaladı
-
Region15:24Ermənistanda bu kəndlərdə məktəblər bağlanır, əvəzində avtobuslar olacaq
-
Nida Xəbər 15:18Azərbaycanda 2 yeni institut YARADILDI - RƏSMİ
-
İdman14:16Oktaqonların gözəlindən qaynar - FOTOLAR
-
İdman13:16Ronaldo və Messi yenidən üz-üzə: DÇ-2026-nın dörddəbir finalında qarşılaşa bilərlər
-
Hadisə13:09Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
-
Rəsmi xronika12:20Nazir müavini təyin olunan Ağakərim Səmədzadə kimdir?



































.jpg)

