Tarix
Pakistan konsulundan tükürpərdici Türkiyə xatirəsi - - VİDEO
Pakistanın İstanbuldakı konsulu Yusif Cüneyd TVNET kanalına maraqlı xatirəsini danışıb.
Yusif Cüneydin xatirəsi təkcə iki ölkə - Pakistan və Türkiyəyə deyil, bütün türk və islam dünyasına nümunə olacaq hadisədir. O, həyatında baş vermiş iki hadisəni ortaq nöqtədə birləşdirərək, dünyaya mesaj verib:
“7-8 yaşım olarkən nənəmin qulağında kəsik olduğunu, qulaq ətinin iki hissəyə ayrıldığını gördüm. Ondan bu yaranın nə olduğunu soruşdum. Danışmaq istəməsə də, israr etdim. Nənəm bunları dedi: “O vaxt Osmanlı imperiyası ilə dünya ölkələri arasında savaş olduğu üçün Osmanlı çətin vəziyyətdə idi. Bu gün Pakistan adlandırdığımız ərazidə yaşayan bizlər də Türkiyədəki qardaşlarımızı dəstəkləyirdik. Bizə dedilər ki, Türkiyənin pula, silaha, əsgərə ehtiyacı var. Hər vasitə ilə Türkiyəyə yardım etməyə qərar verdik. Varlı olmadığımız üçün Türkiyəyə bağışlamağa bir şey tapmadım. Bir cüt qızıl sırğam var idi. Bəzən Osmanlını dəstəkləyən bir qrup adam ağ parçalar açaraq küçələrdən keçərdi. İnsanlar da pul, qızıl, gümüş - nə var idisə, oraya atardı. Mən də sırğalarımı bağışlamaq istədim. Amma sırğalar 4-5 il idi ki, qulağımda idi, ona görə də yapışmışdı. Çıxara bilmədiyim üçün dartdım... Bax, qulağımdakı kəsik o vaxtdan qalıb”.
Nənəmdən niyə belə bir şey elədiyini soruşdum, “böyüyəndə qardaşlığın və islamın dəyərini daha yaxşı başa düşəcəksən”, deyə cavab verdi.
Nənəmin bu hərəkətini heç vaxt başa düşə bilmədim. Mən Türkiyəyə gələndən iki il sonra Pakistanda sel fəlakəti oldu. İnsanların vəziyyəti çox pis idi. Türkiyə isə Pakistana böyük dəstək verirdi. Onda məni konsulluğa gələn 70 yaşlı kişi çox təəccübləndirdi. O, seldən əziyyət çəkənlərə yardım etmək istəyirdi. Ona dedim ki, yardımı birbaşa almırıq, banka köçürməlisiniz. Çox yaşlı olduğunu, ancaq yenə də banka gedəcəyini bildirdi. Onun yaşlı olduğunu görüb oturmasını, mənimlə çay içməsini və banka başqa bir adamı göndərəcəyimi dedim. Soruşdum ki, nə işlə məşğulsan? Dedi, riyaziyyat müəllimi olmuşam, amma indi təqaüdçüyəm. Köçürmək istədiyi pulla maraqlandım, o isə vəsaitin bir aylıq təqaüdü olduğunu bildirdi. Sonra mənə dedi ki, konsulluğa gəlməzdən əvvəl bütün qonşularımla danışdım, onlara dedim ki, təqaüdümü bağışlayacağım təqdirdə mənim qarnımı doyuracaqsınız? Onlar da mənə baxacaqlarına söz verdilər”.
Bax, nənəmin nə dediyini həmin gün anladım. Bir adam Pakistana yardım etmək üçün dilənməyi gözə ala bilirsə, demək, nənəmin o vaxt etdiyi hərəkət o qədər də böyük bir şey deyilmiş”.
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop22 Aprel 17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial22 Aprel 17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı






















.png)














