Tarix
2 əsrdən sonra ortaya çıxan SİRR
Böyük Britaniya kralı III Georqun əlyazmalarında dəlilik əlamətləri aşkarlanıb. Həm də kompüter vasitəsilə. Vaxtilə bu anormallığını gizlətməyə müvəffəq olmuş börük kralın ağlına gələrdimi ki, nə vaxtsa hansısa cihaz vasitəsilə dəliliyi sübut olunacaq! Hər halda ağlına gəlsəydi, məktubları şəxsən yazmazdı.
Publika.az xəbər verir ki, tədqiqatçılar kralın yüz məktubu üzərində araşdırma aparıblar. Onun yazı üslubunda əsl maniakal əlamətlər aşkarlanıb. Kralın vaxtında onun aqressiv olduğu qəbul edilirdi. Amma bu, nəsillə gələn əsəbilik, hətta ciddilik kimi qəbul olunurdu. Kral haqqında bəzi qeydlərdə onun nevroloji-psixoloji problemlərinin olduğu qeyd olunub. Amma o zamankı həkimlər kəskin dəlilik əlamətlərini ya hiss etməyiblər, ya da qorxularından qeydə almayıblar.
Bəs alimlər, daha doğrusu kompüter bunu necə bilib? Məsələ burasındadır ki, kralın çılğın anda yazdığı məktublarla normal halında yazdığı məktublar arasında fərq var. Hətta bu, açıq-aidın onun xəttindən də görünür. Dəlilik anında kral ağzıköpüklənən adam kimi yazıda da sözləri və hərfləri yeyib. Bundan başqa, eyni sözləri dəfələrlə təkrarlayıb.
Tədqiqatçılar bu üsulla başqa tarixi şəxsiyyətlərin də əlyazmalarını öyrənməyə hazırlaşırlar. Bu şəxsiyyətlər arasında müasir liderlər də var.
Şəfiqə Şəfa
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Hadisə14:37Xocavənddə traktor sürücüsü minaya düşdü
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO





















.png)






.jpg)









