Tarix
II Dünya müharibəsinin görmədiyiniz dəhşətləri - FOTOLAR
II Dünya Müharibəsinin dəhşətləri barədə tarixdən və filmlərdən xəbərdarıq. Canlı şahidlər və iştirakçılar olan veteranlardan da az eşitməmişik. Amma faşist əsir düşərgələrində baş verənləri gözləriylə görmək, üstəlik bunu dünyaya çatdırmaq hər adama nəsib olmur.
Sıravi idman müxbiri və fotoqrafı Henrix Rossdan bir vaxtlar faşistlər öz qorxunc işgəncələrini, əsirlikdə baş verən dəhşətləri işıqlandırmaq üçün istifadə ediblər. 1939-cu ildə faşistlər Polşaya girəndə Rossu III Reyxin “fəaliyyət”ini lentə almağa məcbur ediblər. Əslində özlərinə pislik eidblər, çünki bəzən müharibənin dəhşətlərinin azaldılması üçün bir çox faktlar danılır. Amma bu görüntülər özü hər şeyi deyir. Aclıqdan ölən uşaqlar, ölüm düşərgəsinə aparılan insanlar, çürümüş, eybəcər hala salınmış meyitlər...
Ross bu şəkillərin bəzisini gizlin çəkib saxlamaqla özünü təhlükəyə atırdı. Amma gələcək nəsilləri xəbərdar etmək, insanlara həqiqətləri çatdırmaq məsqsədi daşıyan jurnalistlik peşəsi ilə vicdanı həyatdan üstün tuturdu.
Bu yaxınlarda Bostonda Henrix Rossun 200 şəkildən ibarət sərgisi açılıb.
Publika.az ürəkdağlayan şəkillərdən bir neçəsini təqdim edir:
1. Aclıqdan huşunu itirmiş uşaq.

2. Əsirlər yemək zamanı.

3. Bir tabuta qalaqlanmış meyitlər.

4. Daha bir əzablı gündən sonra.

5. Əsirlər iş başında.

6. Ortalıqdaca çürüyüb qalmış insan sümükləri.

Şəfiqə ŞƏFA
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...

































.jpg)
