Tarix
Yatdığı qızlara “bacı” deyən prezident, Hitlerin məşuqu olan “axmaq inək” – Liderlərin QƏRİBƏ ADLARI
Bir çox rəhbərlər, liderlər dövlət titulları ilə yanaşı,
xalq arasında qəribə ləqəbləri ilə də məşhurdurlar.
Publika.az tarixdə məşhur olan liderlərin ləqəblərini təqdim
edir:
Stalin

İosif Cuqaşvilinin bir çox ləqəbi var idi: "Koba", “David”,
“Vasiliy”, “Rus”, “Besoçvili”, “Soselo”, “Petrov”, “Çopur”,
“İvanov”, “Keşiş” və ən məşhuru olan Stalin. Deyilənlərə görə,
Stalin ləqəbini o, Leninlə birlikdə seçdi. Cuqaşvili özü üçün qısa
və sərt ad istəyirdi. Əvvəlcə o Stalevım adını seçdi, lakin
sonradan Leninin məsləhəti ilə Stalin oldu. Bununla yanaşı, xalq
arasında Stalinə başqa ləqəblər də qoşulmuşdu: “Tarakan”, “Qayıq”,
“Yosya Qroznı”.
Brejnev

Leonid İlya Brejnev daha çox xalq folklorlarının məşhur
qəhrəmanlarının adı ilə çağırılırdı. Ona “İlya Epoxası”,
“Qaranlıqlarda zirehli gəmi”, “Qalınqaşlı”, “Müdir”, “Qartal” kimi
ləqəblər qoşulmuşdu.
Lenin

Vladimir Ulyanov Lenin təxəllüsünü özü seçib. Versiyaların birinə
görə, Lenin adı Lena çayından götürülüb, digər versiyaya görə isə
Nikolay Lenin adına pasportdan istifadə etdiyi üçün sonradan bu
təxəllüsə üstünlük verib.
Ümumilikdə isə Leninin 150-dən çox təxəllüsü var idi. Ona “Qoca”,
“Pyotr”, “Lenin baba”, “Rəhbər”, “Daz”, “Vovka” kimi ləqəblər də
vermişdilər.
Hitler və Üçüncü Reyx

Hitlerə yalnız “fürer” (rəhbər, lider) deyirdilər. Amma Üçüncü
Reyxin rəhbərliyində təmsil olunan şəxslərin ləqəbləri çox idi.
Misal üçün, Yozef Hebbelsə “Kiçik doktor”, “Təbliğatın Mahatması”,
“Zəhərli cırtdan”, “Axsaq iblis” deyirdilər. German Herinqə “Kök”
ləqəbi verilmişdi. Rudolf Qess “Qara Emma”, “Froylyan Anna”, Qimmer
isə “Hayni dayı”, “Kral Haynrihom” adlandırılırdı. Hitlerin yaxın
ətrafı onun məşuqu Eva Brauna “axmaq inək” deyirdi.
Kim İr Sen və Kim Çen İr

Şimali Koreyada liderlərə “Böyük Marşal”, “Millətin taleyini həll
edən rəhbər”, “Xalqın atası” kimi dəbdəbəli ləqəblər verilir.
Hazırki lider Kim Çen İn isə əcdadları ilə müqayisədə daha az
ləqəbə malikdir. Ona bu ləqəblər verilib: “Yeni ulduz”, “Parlaq
yoldaş”, “Hərbi strategiyada dahilərin dahisi”.
Mixail Qorbaçov

Qorbaçovun xalq arasında çoxlu ləqəbi var idi. Misal üçün,
“Danışan ayı”, “Qlobus”, “Demokratizator” və s. Ən məşhur ləqəbi
isə “Limonad Co” idi. Bu ləqəb onun anti-alkaqol kampaniyasından
sonra yaranmışdı. Bununla yanaşı, ona “mineral katib” də
deyirdilər.
İdi Amin

Uqanda prezidenti İdi Aminin də çoxlu ləqəbi olub. Onlardan
bəzilərini özü seçirdi, bir çoxunu isə başqaları vermişdi. Misal
üçün, “Böyük Papik”, “Kənd zülmkarı” və “Afrika cəlladı” ləqəbləri
məşhurdur. Amin hərbi xidmət illərində “bacı” mənasını verən “Dada”
ləqəbini daşıyırdı. Buna səbəb isə onun çadırında tez-tez
qadınların olması idi. O isə hər dəfə çadırına gələn qadınları
“bacısı” adlandırırdı. Nəticədə əsgərlər kazarmanın yanından keçən
bütün qadınlara “Aminin bacıları” adlandırmağa başladı. İdi Amin
isə özünə uzun rəsmi adlar seçirdi: “Zati-ali ömürlük prezident”,
“Al-Hacının Feldmarşalı doktor İdi Amin”, “Quruda və dənizdə bütün
heyvanların hökmdarı” və s. Bununla yanaşı, Amin “Şotlandiya kralı”
kimi də məşhurdur.
Asif
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik
-
İdman06:46Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi


















.jpg)

















