Tarix
Tarixdə bu gün: 29 mart

1803 – Gürcü çarlıqlarını ələ keçirən Rusiya qoşunları Azərbaycanın şimal-qərbinə - Car-Bəlakənə hücum ediblər.
Bir ay sonra Car-Balakən Rusiyanın tabeçiliyinə keçməyə məcbur edildi.
Bu, çar Rusiyası tərəfindən Azərbaycan torpaqlarının işğalının başlanğıcı idi.
***
1935 - Xalq artisti Muxtar Maniyev Bakıda doğulub. 50-dən çox filmdə (“İnsan məskən salır”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim”, ”Nəsimi” və s.) maraqlı obrazlar yaradıb.
***

1939 - Görkəmli yazıçı, dramaturq Süleyman Sani Axundov (1875-1939) vafat edib.
anadan olub.
Süleyman Sani Axundov 1875-ci il oktyabrın 3-də Şuşa şəhərində anadan olmuşdu.
Yazıçının «Qorxulu nağıllar» adı altından toplanan hekayələri Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır.
***
1959 – Azərbaycanın Milli Qəhrəmanı İlqar İsmayılov Bakıda anadan olub (1959-1992).
Paytaxtın Nərimanov rayonunda 45 saylı orta məktəbdə təhsil alıb, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnsitiutunu bitirib. Milis (polis) orqanlarında çalışıb.
Qarabağ müharibəsi başlayandan sonra Şuşa və Ağdam rayonu ərazilərində gedən döyüşlərdə fəal iştirak edib.
1992-ci il oktyabrın 1-də Laçın rayonunun Mazutlu kəndi yaxınlığında Qızartı yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə kapitan İsmayılov İlqar Sədi oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
***
1976 – Görkəmli ədəbiyyatşünas alim, akademik Feyzulla Qasımzadə (1898-1976) vəfat edib.
Feyzulla Qasımzadə 1898-ci il oktyabrın 19-da Bakının Mərdəkan kəndində anadan olmuşdu.
Uzun müddət Bakı Dövlət Univürsitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edib.
***

1994 – Milli Məclisdə 1990-cı il 20 Yanvar hadisələri bağlı iki aya yaxın sürən müzakirələr yekunlaşıb.
Müzakirələr prezident Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdı.
Parlament 20 Yanvara geniş hüquqi-siyasi qiymət verən qərar qəbul edib.
***
2001 – Prezident Heydər Əliyev Azərbaycan
Respublikasında II Özəlləşdirmə Proqramına əsasən, rabitə,
nəqliyyat, balıqçılıq, nəşriyyat-poliqrafiya və digər sahələr üzrə
dövlət müəssisələrinin özəlləşdirməsinə dair sənədlər paketini
imzalayıb.
Paketə 10-dək sərəncam daxil idi.
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik
-
İdman06:46Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi

















.jpg)


















