Tarix
31 mart – mütəmadi soyqırımlar tarixi
Azərbaycan bu gün yaxın tarixinin ən ağrılı günlərindən birini, 31 mart soyqırımının 99-cu ildönümünü qeyd edir.
Tarixi mənbələr sübut edir ki, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində ermənilər tərəfindən Azərbaycanlıların soyqırımı həyata keçirilmişdir. Azərbaycan Xalq Cumhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmiş, Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edilmiş, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdi. Sovet hakimiyyəti dönəmində məlum səbəblərə görə bu həqiqət ört-basdır edilsə də, Azərbaycan müstəqil olduqdan sonra 1998-ci ildə Ümummilli Liderin təşəbbüsü ilə yenidən 31 mart tarixi Azərbaycanda soyqırımı günü kimi qeyd edilməyə başlanmışdır.
Əslində bu tarix simvolik məna daşıyır, çünki ermənilər tərəfindən Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı təkcə bu tarixlə məhdudlaşa bilməz- eyni hadisələr ondan əvvəl də, sovet hakimiyyəti dönəmində də, müstəqillik dövründə də qəddarcasına davam etdirilmişdir.
Erməni mənbələri və onların havadarları 1915-ci il hadisələrini tarixə "erməni soyqırımı” kimi təqdim etməyə çalışsalar da, tarixi mənbələr ermənilərin qurban deyil, müəllif olduğunu, soyqırımının türklərə qarşı törədildiyini sübut etməkdədir. Ən azından həmin dövrdə regionda olan Avropa ölkələrinin, qonşu ölkələrin diplomatik və hərbi missiyalarının rəhbərlərinin gündəlik olaraq paytaxtlarına göndərdikləri və həmin ölkələrinin arxivlərində mühafizə olunan sənədlərdə də bu özünü açıq şəkildə büruzə verir.
Sovet hakimiyyəti dövründə Azərbaycanlıların tədricən tarixi torpaqlarından köçürülməsi, Azərbaycan torpaqlarının Ermənistana hədiyyə edilməsi, qondarma Sumqayıt hadisələrinin bir bəhanə olaraq istifadə edilməsi və ardından Ermənistandakı Azərbaycanlıların öz yurd-yuvalarından tamamən çıxarılması, daha sonra Dağlıq Qarabağda bənzəri hadisələrin yaşanması, nəhayət Xocalı soyqırımı bu prosesin hər zaman davam etdiyinin göstəricisidir.
Elə Sumqayıt hadisələrindən danışarkən qeyd etmək yerinə düşər ki, həmin hadisələrin təşkilatçısı və əsas icraçısı olan, hüquq-mühafizə orqanları tərəfindən həbs edildikdən sonra naməlum səbəblərə görə paytaxt Moskvanın təlimatı ilə Azərbaycandan çıxarılaraq naməlum istiqamətə aparılan erməni əsilli Eduard Qriqoryanın sağ olduğu və Moskvada yaşadığı bir neçə həftə bundan qabaq üzə çıxdı. O zaman maraqlı situasiya yaranır. Ola bilsin ki, ermənilərin güclü dövləti, günlü iqtisadiyyatı, güclü mədəniyyəti, humanizmi, insani hissləri olmasın. Ancaq hər kəsə bəllidir ki, onların çox "yaxşı” terror təşkilatları var, onlar qətllər törətməkdə mahirdirlər. Yeri gəlmişkən, ermənilər öz mənfur niyyətlərinə nail olmaq məqsədilə tarixən fərqli ərazilərdə müxtəlif formatda çoxsaylı terror təşkilatları yaradıblar. Bunların ən güclüsü və ən mütəşəkkili bu gün "Ermənistan dövləti” adı altında fəaliyyət göstərən terror təşkilatıdır. Bu təşkilatın digərlərindən fərqi ondan ibarətdir ki, o beynəlxalq hüququn bir subyekti kimi diplomatiyanın bütün imtiyazlarından istifadə etmək hüququna malikdir. Bu isə diplomatiya tarixində ilk və yeganə nümunədir. Həmçinin ermənilərin kinli olduğu, ermənilərin düşmənləri olduqlarını hesab etdikləri insanlara qarşı qisas duyğusu ilə alışıb yandıqları Tələt Paşa nümunəsindən tutmuş, qətl edilən yüzlərlə, minlərlə insanların nümunəsindən bəlli olur.
O zaman necə ola bilər ki, Sumqayıtda ermənilərə belə divan tutmuş bir insan 30 ilə yaxın bir müddətdə Ermənistan dövləti başda olmaqla bu qədər erməni terror təşkilatlarının heç biri tərəfindən tapılıb öldürülməsin? Səbəb aydındı- Sumqayıt məsələsini elə ermənilərin özləri təşkil etmişdi. Öldürülən ermənilər isə həmin terror təşkilatlar üçün yığılan aylıq vəsaiti ödəməkdən imtina edən ermənilər idi. Beləcə onlar həm bu cür adamları təmizləyir, həm başqa ermənilərə göz dağı verir, həm də öz məhşur "soyqırımı” oyunlarını gündəmdə saxlamağa çalışır, həm də Azərbaycana qarşı hazırlayacaqları yeni ssenarilərə öncədən legitimlik qazandırmağa çalışırdılar.
Elə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasının arxasında belə amillər durur. Ermənilərin və onların havadarlarının Azərbaycanlılara qarşı bəslədiyi kin-küdurət və beynəlxalq münasibətlərdə hökm sürən ədalət böhranı və ikili standartlar vəziyyəti gərginləşdirərək pik nöqtəsinə çatdırıb.
Bu gün ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin münaqişənin həlli ilə bağlı mövqeləri təəccüb doğurmaya bilməz. Onlar qeyd edirlər ki, « Ermənistanla Azərbaycan öz aralarında razılığa gəlsinlər, biz də onları dəstəkləyək». Bu yanaşma başından yanlışdır. Birincisi əgər onlar öz aralarında anlaşa bilsəydilər, vasitəçilərə nə ehtiyac olardı ki? Çünki bir tərəfdə təcavüzkar Ermənistan, digər tərəfdə təcavüzə məruz qalan Azərbaycan var. Bir tərəfdə sülh istəyən Azərbaycan, digər tərəfdə gərginlik istəyən Ermənistan var. Bir tərəfdə müstəqil siyasət yeridən Azərbaycan, digər tərəfdə vassallığa düçar olmuş Ermənistan var.
İkincisi isə danışıqları aparan tərəflərin nəinki gözləntiləri üst-üstə düşmür, bu iki ölkənin liderləri tamamən fərqli dünyanın insanlarıdır. İlham Əliyev ona mandat verən Azərbaycan xalqını təmsil etdiyi və Azərbaycanın lideri olduğu halda, Serj Sarkisyan onu ora gətirən və orda saxlayan qaniçən quldur dəstəsini təmsil edir. Əgər İlham Əliyevin aktivində vaxtilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda yetişdirdiyi xarici ölkələrin minlərlə diplomatları, siyasi, ictimai və elm xadimləri varsa, Serj Sarkisyanın aktivində Xankəndinin fermasında yetişdirdiyi 5-10 baş mal-qaradan və daha sonralar ətrafında yetişdirdiyi başkəsən uşaq qatillərindən savayı heç nə yoxdur. İlham Əliyev yüksək intellektə, geniş dünya görüşünə, dərin ensiklopedik biliyə, yüksək beynəlxalq nüfuza malik olduğu halda, Serj Sarkisyanın dünya görüşü Zvartnotsdan o tərəfə keçmir. İlham Əliyev yüksək humanizmə malik olduğu halda, Serj Sarkisyan insani hisslərdən məhrum olmuş birisidir. Bunu elə Sarkisyan özü də etiraf etmişdi. Belə ki, Xocalı hadisələrindən bəhs edərkən o qürurla vurğulamışdı ki, həmin hadisələrə qədər Azərbaycanlılar onların qadınlara, uşaqlara əl qaldırmayacaqlarını fikirləşirdi, Xocalıda isə ermənilər bu tabunu qırdılar.
Sarkisyanın komandası həmin komandadır ki, Ermənistanda prezident seçkilərindən sonra dünya miqyasında misli görünməmiş insanlıq faciəsinə imza atdı: saxtakarlıqla hakimiyyəti mənimsəyən quldur dəstənin lideri ətrafındakı muzdlularına öz haqqını tələb edən dinc əhaliyə qarşı atəş açma əmrini verdi. Nəticədə ordu öz xalqını gülləboran etdi. Onlar öz maraqları naminə buna getməyə qadir olduqlarını isbat etdilər.
O zaman belə təfəkkürə malik quldur dəstəsi ilə danışıqlar hansı nəticəni verə bilər ki? Buna rəğmən, Azərbaycan tərəfi yenə də humanist dəyərlərə və beynəlxalq hüquq və normalara sadiq olduğunu isbat edərək münaqişənin sülh yolu ilə həllinə ümidini itirməmişdir. Azərbaycan tərəfi, eyni zamanda, danışıqların nəticə verməyəcəyi təqdirdə, yenə də beynəlxalq hüquqa uyğun olaraq, xalqının və ordusunun dəstəyi ilə hər zaman da alternativ yollardan istifadə etmə hüququna malik olduğunu da açıqca bəyan etmişdir.
Bəli, bu həftə Azərbaycan ağır günlərinin birini-xalqının məruz qaldığı soyqırımını yad edir. Eyni zamanda narahatçılıqla bildirir ki, cəzasızlıq olduqca təhlükəli bir haldır- yanlış presedent yarada və sonradan qarşısı alına bilməyən proseslərə rəvac verə bilər. Biz də bir Azərbaycanlı kimi ümid edirik ki, belə hadisələrə təkcə Azərbaycan dövləti tərəfindən deyil, bütün bəşəriyyət tərəfindən layiqincə qiymət veriləcək, belə vəhşətlər bir daha təkrarlanmayacaq.
Newtimes.az
-
Nida Xəbər 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı
-
Sosial17:35Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
-
Səhiyyə15:30Bakıda bu poliklinikada şəkər xəstələrinə dərman verilmir - Səbəb nədir?



















.jpg)




.png)














