Tarix
Dünyada baş vermiş ən böyük fəlakət hansıdır?
Qurani-kərimə əsasən Nuh peyğəmbərin (Allahın ona salamı
olsun) dövründə baş vermiş tufanda onun gəmisinə minənlərdən başqa
bütün insanlar məhv olmuşdur. Uca Allah buyurur: "Biz onu və onunla
birlikdə olanları yüklü gəmidə xilas etdik. Yerdə qalanları isə
suya qərq etdik" (əş-Şuəra, 119-120)
"Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman Biz Nuha dedik:
"Heyvanların hər növündən bir cüt, barələrində söz keçmiş kəslər
istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə
mindir". Əslində, onunla birlikdə az adam iman gətirmişdi" (Hud,
40)
"Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar
qulumuzu yalançı sayıb: "O, dəlidir!"- dedilər və ona hədə-qorxu
gəldilər. O, Rəbbinə yalvarıb: "Məni üstələdilər! Mənə kömək et!"-
dedi. Biz göyün qapılarını leysan yağışı ilə açdıq. Yeri yarıb
bulaqlar qaynatdıq. Göydən tökülən və yerdən çıxan sular əzəldən
yazılmış bir iş üçün bir-birinə qovuşdu. Biz onu taxtalardan
pərçimlənib mismarlanmış gəmidə daşıdıq. İnkar edilmiş peyğəmbərə
mükafat olaraq o gəmi Gözlərimiz önündə üzüb gedirdi. Biz onu
(həmin hadisəni) nəsillərə ibrət üçün saxladıq. Amma heç bir yada
salan varmı? Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!"
(əl-Qamər, 9-16).
Publika.az zikr.az-a istinadən bildirir ki, Qurana
əsasən, hazırda dünyada yaşayan insanlar hamısı Nuh və onunla
birlikdə gəmiyə minənlərin nəslindən törəyənlərdir. Uca Allah
buyurur: "Təkcə onun nəslini qoruyub saxladıq" (əs-Saffat, 77)
Məşhur Quran təfsirçisi ibn Kəsir demişdir. Gəmiyə minənlərin sayı
barəsində müxtəlif fikirlər var. Səhabələrdən İbn Abbas (Allah
ondan razı olsun) gəmiyə minənlərin 80 kişi və onların arvadları,
Kəb əl-Əhbər (Allah ondan razı olsun) ümumilikdə 72 nəfər
olduqlarını demişlər. Onların 10 nəfər olması fikri də var. Həmin
vaxt suyun səviyyəsinin dünyanın ən hündür dağından 15 və ya 80
dirsək hündür olduğu rəvayət edilir. Daşqın nəticəsində yer üzündə
gəmidəkilərdən başqa heç kim sağ qalmamışdır
Bu haqda daha ətraflı Hud surəsinin 25-ci ayəsindən 49-cu ayəsinə
və əl-Mu'minun surəsinin 23-cü ayəsindən 51-ci ayəsinə qədər
oxuyun.
-
Hadisə14:37Xocavənddə traktor sürücüsü minaya düşdü
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ





















.png)






.jpg)








