Tarix
“Ermənilər uşaq evindəki körpələri boruya doldurdular...” - MÜSAHİBƏ - - VİDEO
Yusif Xıdır oğlu Qazıyev 1934-ci ildə Qərbi Azərbaycanın
Böyük Qarakilsə (Quqark) rayonunun Arçut kədində dünyaya gəlib.
1949-cu ildə natamam orta məktəbi, 1953-cü ildə Gürcüstan SSR-nin
Marneuli (Sarvan) pedaqoji məktəbini, 1957-ci ildə Azərbaycan
Dillər universitetini bitirib, 1971-1975-ci illərdə Azərbaycan
Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitununun dissertantı olub.
Pedaqogika üzrə fəlsəfə doktorudur. “Azərbaycan Respublikasının
Əməkdar Müəllimi” fəxri adı var. Rus və Alman dillərini
bilir.
O, AzVision.az-a müsahibəsində ermənilərin azərbaycanlılara qarşı
törədikləri qırğınla bağlı illərlə gizli qalan, heç kəsin bilmədiyi
məqamlardan söhbət açıb. Söhbətin birinci hissəsini BURADAN oxuya bilərsiniz.
- Mən həmin vaxt Arçut kənd məktəbində müəllim işləyirdim. Kənd
mühasiərədə olan zaman heç kim evində yatmırdı. Sakinlər
dərə-təpələrdə, meşədə tonqal yandırıb, qızınırdılar ki, ermənilər
hücum edəndə qaçıb canlarını qurtara bilsinlər. Həmin vaxt “qara
saqqallılar” bizim məktəbi də dağırtmış, tədris silahlarını
aparmışdılar.
Sonradan, 1988-ci ilin yanvar ayının 16-da məni həbs edəndə
ermənilər dedilər ki, “sən həmin silahları kənd müdafiəçilərinin
dəstəsinə vermisən”. Mən də gülərək dedim ki, həmin silahlarla
güllə atmaq olmur. Ermənilər dedilər ki, o silahların deşik
yerlərinə kağız tıxayandan sonra atmaq olur. Həmin vaxt həbsxana
uçmuşdu, məni vaqonda saxlayırdılar. Orada Varod adlı bir milis
işçisi vardı. Şəmkirin Bayan kəndindən idi, gəlib bizim rayonda
polis işləyirdi. Gecə onu mənim yanımda vaqona qaravul qoydular.
Vaxtilə ona çox hörmət etmişdim.
Bir dəfə eşitdim, ermənilər danışırlar ki, bunu məcbur edək, Arçut
kəndindəki silahlıların adlarını desin, sonra onları tutub həbs
edək, mərkəzi televiziyadan da jurnalist gətirib, çəkiliş aparaq
ki, Vartanlı qırğının səbəbkarları bu silahlı dəstə olub.
Fikirləşdim mən yalandan axı necə deyim ki, filankəsdə silah var?!
Bizdə silah yox idi. Yaba, bel vardı ki, erməni hücum edən zaman
özümüzü qoruyaq. Onlar İrəvandakı Təhlükəsizlik orqanı ilə danışıb,
deyirdilər ki, Vartanlı qırğınının səbəbini göstərmək üçün belə bir
iş təşkil edirlər. İrəvəndan onlara dedilər ki, sabah biz
gələcəyik, siz ondan sorğu götürməyin.
Varod adlı həmin polis məni meşənin ətəyində yerləşən hərbi
hissənin yataqxanasına apardı. Gecə saat ikidə polis yatan kimi mən
meşə yolu ilə kəndimizə qaçdım, oradan da Azərbaycana gəldim.
Arxamcan axtarış-istintaq əmri verdilər. Mənim hara getdiyimi
öyrənmək üçün kəndimizin sakinlərini sorğu-sual etmişdilər. Guya
ki, silahlı dəstəni mən təşkil etmişəm. Guya, mən məktəbdəki
silahları kəndi müdafiə edənlərə payladığım üçün Vartanlı qırğını
baş baş verib. Vartanlı qırğını haradasa Xocalı soyqrımı kimi idi -
yeriyə bilən bütün əhalı soyuq qış gecəsində qarın içi ilə
qaçdılar. Bəzilər qarda qaldılar. Ağır vəziyyətdə Qazaxdakı
xəstəxanlara yerləşdirildilər. Xəstəxanada da ölənlər oldu.
Ölənlərin arasında qadınlar da vardı.
Sumqayıt hadisələrini də, Ermənistanda bizim başımıza
gətirilənləri də Qorbaçovun rəhbərliyi ilə Kreml tərəfindən təşkil
edilmişdi. Səbəb isə Azərbaycan torpağını bölmək və Qarabağı
Ermənistana vermək idi. Həmin vaxt Sovet rejimi olduğu üçün,
Azərbaycan tələb edə bilmirdi ki, camaatı qıranlar həbs olunsunlar.
Heç kimi də həbs etmədilər. Bir kəndin əmlakını taladılar. Bizim
kəndin 500 qoyunla birlikdə bir çobanını da yoxa çıxardılar. Həmin
çoban Əhməd mənim xalam oğlu idi. 170 kəndin malı, əmlakının hamısı
ermənilərə qaldı.
Sumayıt qırğını ilə bağlı yazdığım kitabda da qeyd etmişəm ki,
ermənilər bizə deyirdilər “bir iş olacaq...” Aradan iki gün
keçməmiş Sumqayıt hadisəsi baş verdi. Ermənilər əvvəlcədən
bilirdilər ki, Sumqayıtda qırğın edəcəklər və günahı
azərbaycanlıların üstünə atacaqlar. Biz isə onlar “iki günə hər şey
yaxşı olacaq” deyəndə elə başa düşürdük ki, kəndlərdə vəziyyəti
düzəldəcəklər.
O zaman Leninakanda (Gümrü) uşaq evi vardı. 16 rayondan
olan kimsəsiz uşaqları ora yerləşdirirdilər. Orada 70 azərbaycanlı
uşaq olub. 14-15 yaşlı uşaqların içərisindən 25 nəfəri seçib,
aparıblar. Bunu ermənilərin özləri deyirdilər. Onları hara
apardıqları naməlum olaraq qalır. Qalanlarını isə avtobusa
doldurub, deyiblər ki, sizi Qazaxda Azərbaycana təhvil verəcəyik.
Onlar arasında bizim kənddən də bir uşaq vardı. Əri gəlini
boşamışdı, qızın atası da bir yaşlı uşağı qəbul etmədi və onu
aparıb Gümrüdəki uşaq evinə qoymuşdular. O zaman SSRİ ilə Türkiyə
arasında qaz borusu çəkilməli idi. Ora böyük tutumlu borular
düzmüşdülər. Ermənilər uşaqları həmin boruların içinə doldurub,
ağzını qayanaqlayıb, yandırıblar.
Bir müddət sonra zəlzələ baş verdi. Həmin vaxt Türkiyə ərasizində
yuqoslaviyalı xilasedici komandası təyyarə ilə Gümrüyə gəlirmiş.
Həmin təyyarəni vurdular, 7 nəfər xilasedici həlak oldu.
Azərbaycandan gedən xilasedici təyyarəni də vurdular. Fransadan da
xilasedici komanda gəlmişdi. Onlar özlərilə itlər gətirmişdilər.
Uçqunların altında qalan meyitləri çıxaran zaman həmin it gedib
boruya hürməyə başlayır. Borunu açıb, görürlər ki, uşaq meyitlərilə
doludur. Onlar türkü özlərinə düşmən bilirlər. Ona görə də uşaqlara
elə əziyyət verib, öldürürdülər. Bu, ermənilərin soyqırım
siyasətidir.
Vartanlı kəndində trassın yanında düzülən 17 azərbaycanlının qəbiri
bütün qırğınlara şahiddir. Ermənilər StepnavınCəryərli kəndində də
azərbaycanlı sağıcıları, fermada işləyən qadınları əziyyət verərək,
qətlə yetirmişdilər.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR