Türk professor: “Şah İsmayıl böyüyümüzdür” - - VİDEO
Bizi izləyin

Tarix

Türk professor: “Şah İsmayıl böyüyümüzdür” - - VİDEO

Şah İsmayılın bu verilişdə kürd əsilli olduğu versiyası da irəli sürülüb.

Türkiyənin TRT1 kanalında Səfəvilər dövləti və Şah İsmayıl Xətai ilə bağlı aparılan növbəti müzakirə Azərbaycanda, xüsusilə sosial şəbəkələrdə ciddi etirazla qarşılanıb.

Aparıcı Pelin Çift növbəti dəfə Səfəvilərə aqressiyasını nümayiş etdirib, amma bu dəfə qonaqları da ona qoşulub. Maraqlı məqam odur ki, Şah İsmayılın bu verilişdə kürd əsilli olduğu versiyası da irəli sürülüb.

Şah İsmayıla fars, İran əsilli, nənəsi Dəspinə xatunun (Uzun Həsənin xanımı) Trabzon imperatoru IV İohannın qızı olması səbəbindən (Teodora/Dəspinə xatunun anasının tatar şahzadəsi olduğu barədə iddialar var) yunan kimi absurd “milli kimliklər” yapışdırılmışdı, bircə qalmışdı “kürd əsilli” olması.

Dəspinə xatunun məzarı indi Türkiyə ərazisindədir. Dövrünün ən qüdrətli hökmdarlarından olan və Qars, Diyarbəkir də daxil olmaqla, Güney Azərbaycandan İraqa qədər böyük ərazini bir dövlətdə birləşdirən Uzun Həsən (Şah İsmayılın anası Aləmşahbəyimin atası) adətə uyğun olaraq, Trabzon şahzadəsi ilə ailə qurmuşdu. İmperator IV İohann Osmanlı imperiyasına qarşı Ağqoyunlularla ittifaq bağlamaq üçün bu izdivaca razı olmuşdu. Lakin Uzun Həsən Trabzonun maraqlarını qorumadı, bu evlilikdən 3 il sonra (1461-ci ildə) Trabzon imperiyası II Məhməd tərəfindən işğal olundu və Osmanlıya birləşdirildi, imperator nəsli isə edam edildi. (Uzun Həsən isə Osmanlılarla savaşı – xüsusilə Ərzincan döyüşünü qazanmış və ərazilər qazanmışdı).

Şah İsmayılın ata nəsli isə Şeyx Səfiyə dayanır və böyük bir türk nəslidir.

Əlbəttə, Şah İsmayılın müzakirə predmeti olmayan milli kimliyi və dövlət maraqları ilə bağlı vaxtaşırı olaraq Pelin Çiftin verilişlər təşkil etməsi normal qəbul edilə bilməz: 21-ci əsrdə, millətləşmənin son mərhələsində yaşayıb, bu düşüncə ilə 16-cı əsrin millət deyil, dini-ideoloji prinsiplər üzərində qurulan imperiyalarının siyasətini başa düşmək çətindir. Səfəviləri Osmanlı imperiyasının Avropadan geri çəkilməsinə səbəbkar kimi ittiham etmək, o dövrə hazırkı təfəkkürlə yanaşmaq qüsurludur.

Buna baxmayaraq, bu verilişlərin və müzakirələrin sosial şəbəkələrdə bu qədər müzakirə edilməsi, Azərbaycan və Türkiyə arasında problem yaradacağı versiyalarının səslənməsi də doğru yanaşma deyil. Əvvəla, Azərbaycanda da Şah İsmayılı vaxtaşırı müzakirə edənlər tapılır və tarixi, səfəvilik ideologiyasını və Şah İsmayılın kimliyini bilməyənlərin Pelin Çift səviyyəsində yanaşmaları müşahidə edilir.

Digər tərəfdən, Türkiyədə heç də bütün tarixçilərin və elm adamlarının Şah İsmayıla münasibəti mənfi deyil. Şah İsmayılın böyük türk hökmdarı kimi tarixdəki möhtəşəm yerini bilən ziyalılar Türkiyədə də az deyil.

TRT1-də, P.Çiftin vaxtaşırı olaraq gündəmə gətirdiyi, mübahisəli mövzularla “ölkədışı” rezonans yaratmağa istiqamətləndiyi üçün tarix və elmdən daha çox, şouya çevirdiyi “sevimli hədəfinin” ötən il aparılan müzakirəsinə qatılan professor Tufan Gündüzün (“Pelin Çift ilə gündəm sonrası” verilişində) səsləndirdiyi fikirləri bu baxımdan yenidən təqdim etməyi vacib saydıq:

(axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm