Tarix
Hitler rus kəşfiyyatını necə aldatdı? – Stalini özündən çıxaran OYUN
Stalin uzun müddət II Dünya müharibəsinin başlanması
haqda kəşfiyyatçıların məlumatlarına inanmırdı.
Publika.az xəbər verir ki, SSRİ liderinin kəşfiyyat
məlumatlarına inanmamasının maraqlı səbəbləri olub.
Belə ki, Hitler hücum haqda əmr verir və bir gün sonra həmin əmri
ləğv edirdi. Tarixçilər yazır ki, Hitler Qərb cəbhəsində hücum
haqda 27 dəfə əmr verdi və bu əmrlərin 26-sını ləğv etmişdi.
Beləliklə, o, SSRİ-yə yalan məlumatların ötürülməsini təmin
edirdi.
Almaniyanı təbliğat naziri Yozef Göbbels 1941-ci il mayın 25-də öz
gündəliyində yazırdı: “Rusiyaya gəlincə, biz yalan məlumatların
möhtəşəm axınını təmin etməyi bacardıq. Onlar harada yalan, harada
həqiqət olduğunu müəyyən edə bilmirlər. Bu, bizə lazım olan
atmosferdir”.
1941-ci ilin 14 iyununda Göbbels gündəliyində yazırdı ki, “ingilis
radiosunun bizim Rusiyaya hücumumuz haqda məlumatı yalan
çıxdı”.
İyunun 15-də isə o qeyd edirdi ki, “Bizim oyunumuz tamamilə uğur
qazandı”.
SSRİ kəşfiyyatçıları yalan məlumatları ciddi qəbul edirdi, lakin
göstərilən tarixdən günlər, aylar keçir, heç nə baş vermirdi. Buna
görə də Stalində kəşfiyyat məlumatlarına etibarsızlıq
yaranmışdı.
-
Hadisə14:37Xocavənddə traktor sürücüsü minaya düşdü
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ





















.png)






.jpg)








