Tarix
Yəhudilərin əsil SİRRİ: onları türklərlə nə birləşdirir?
Dünyanın siyasi və maliyyə sistemində yetərincə gücə
sahib olan yəhudilərin əslində türk əsilli olduğu versiyasi
zaman-zaman gündəmə gəlib. Əsas tezis belədir ki, bu gün dünyadakı
yəhudilərin 80 faizinin kökü Xəzər türklərindən gəlir. Tarixi
qaynaqlara görə, bir çox türk qrupları musəvlik dinini qəbul edib.
Onlardan biri isə Göktürklərin Qərb qanadı olan xəzərlər idi.
800-ci illərdə musəviliyi qəbul edən xəzərlər 1000-ci illərə qədər
bölgəyə hakim oldular. Sonrakı illərdə isə uzun müddət rusların
hakimiyyəti altında yaşayıblar. 1200-cü illərdə xəzərlər Orta
Asiyaya köçdülər və orada Avropadan, daha dəqiq desək Fransa və
Almaniyadan gələn yəhudilərlə birləşdilər. Bu birləşmədən aşkenaz
yəhudiliyi meydana gəldi. Bu gün dünyadakı yəhudilərin 80 faizi
aşkenaz yəhudiləridir.
Publika.az xəbər verir ki, ABŞ-ın Con Hopkins
Universitetinin mütəxəssisi Eran Elhaik də aşkenaz yəhudilərinin
Xəzər köklü olduğu tezisinin daha inandırıcı olduğunu hesab
edir.
“Genome Biology and Evolution” jurnalında “Avropa yəhudilərinin
soyunun itmiş həlqəsi: Ren və Xəzər hipotezlərinin
qarşılaşdırılması” adlı məqalə yayımlayan Elhaik səkkiz yəhudi, 78
yəhudi olmayan qruplardan gələn 1287 nəfərin gen analizini
qarşılaşdırıb.
Onun fikrincə, aşkenaz yəhudilərinin əsil kökü Miladi təqviminə
görə, tarixin başlanğıcına yaxın dövrdə Xəzər bölgəsində yaşayan
türk boylarıdır.
Mütəxəssis hesab edir ki, xəzərlərin bir qismi səkkizinci yüz
illikdə yəhudiliyə keçib və köç yolları ilə Avropa qitəsinə
gəlib.
Yəhudilərin dili olan İdiş dilinin alman köklü olması da inkar
edilir. DNT analizlərinə görə, bu dil iranlı və aşkenaz yəhudiləri
tərəfindən İpək Yolu vasitəsilə Avropaya gətirilib.
-
Region11:58Erməni nazir İranı təriflədi - Tehran və İrəvan ikinci körpünü tikəcək
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
Magazin211:26Castin Biberin həyat yoldaşı geyimi ilə gündəm oldu - FOTO
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Avropa10:57Bütün Almaniya onu axtarır - Kansler "sərt şəkildə cəzalandırılacaq!" dedi
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ









.jpg)























