Tarix
Televiziya və radiolar insanları necə OYUNA GƏTİRDİ? - FOTO/VİDEO
Oyuna gətirmək deyəndə, təkcə ağlınıza dostlarınızın, iş yoldaşlarınızın 1 aprel zarafatı gəlməsin. Əlbəttə şit dost zarafatı da bəzən həddini aşanda xoşagəlməz nəticə verir – qəzaya, davaya gətirib çıxarır. Amma dost ən azından əl altındadır, heç olmasa ona hirsini tökmək olar. Bəs bunu telekanallar və radiolar edərsə?! Həm də tamaşaçıların, oxucuların güvəndiyi bir media qurumu bunu edirsə, elə həmçinin öz nüfuzunu da oyuna gətirmiş olmazmı?
Publika.az dünyanın nüfuzlu telekanallar və radiolarının “eşşək şakası”nı diqqətinizə çatdırır:

Məşhur BBC telekanalı 1980-ci ildə belə bir elan verdi ki, Londonun Biq Ben saatı rəqəmsala keçir, onun anoloji saatlarının əqrəbləri isə studiyaya zəng edən ilk üç şəxsə hədiyyə veriləcək. Nəticədə bütün Böyük Britaniya və qonşu dövlətlərdən tamaşaçıların bu telekanala zəngi BBC-nin reytinqini daha da artırmışdı. Hətta bir yapon dənizçi okeanın ortasındaca gəmidən zəng eləmişdi.

1978-ci ildə Avstraliya televiziyası bütün sidneyliləri şəhərin su kanalına “tökmüşdü”. Kanalın ortasında nəhəng aysberq dayanırdı. Camaata deyilmişdi ki, aysberq Antarktidadan gətirilib. İnsanlar günlərcə heyranlıqla aysberqin tamaşasına dururdular. Amma hər şey yağış yağandan sonra ortaya çıxdı. Demə, bu aysberq ağ plastik maddədən hazırlanıbmış, üstü də yanğınsöndürənlərin köpüyü ilə örtülübmüş.
1957-ci ildə Britaniyanın “Panorama” telekanalı İsveçrə ağaclarında spaqettinin bitdiyi barədə süjet verir. O zamanlar spaqettinin dadını və necəliyini ingilislər çox da bilmirmiş. Yüzlərlə britaniyalı studiyaya zəng edərək həmin ağacların İsveçrənin harasında bitdiyini və yaxud Britaniyada əkilərsə bar verib-verməyəcəyini soruşurmuşlar.

1962-ci ildə İsveç telekanalı CBT tamaşaçıları inandırmışdı ki, əgər kapron corabı sifətlərinə keçirib televizora baxsalar, ağ-qara televizor rəngli göstərəcək. Minlərlə isveçli arvadlarının dolablarını “təmizləyib” corabları başına keçirmişdi. Amma rəngli göstərməyəndə hiddətlənib kanala zəng etmişdilər. Cavabında isə bunu eşitmişdilər: corabı başınıza keçirəndən sonra başınızı mütləq sağa-sola yırğalayın, bu dəfə dəqiq rəngli görəcəksiniz.

1992-ci ildə ABŞ-ın National Public Radio-su dinləyiciləri inandırmışdı ki, 1974-cü ildə istefaya getmiş eks-prezident Riçard Nikson yenidən namizədliyini irəli sürüb. Hətta Niksonun keçmiş lent yazılarından səs montajı da düzəldərək, guya xalqa müraciətini yayımlamışdılar. Nəticədə nəinki sadə amerikalılar, siyasətçilər də bir-birinə dəymişdi. Çünki Nikson vaxtilə korrupsiya və dələduzluq ittihamı ilə hakimiyyətdən əl çəkməli olmuşdu.
Şəfiqə ŞƏFA
-
Elm və təhsil16:49İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı
-
Rəsmi xronika16:23Prezident fərman imzaladı
-
Nida Xəbər 15:10Əli Əsədov qərar imzaladı
-
Dünya14:47İran nəşrindən Trampla bağlı qalmaqallı mesaj: Qisas qaçılmazdır - FOTO
-
Sosial14:09Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO






.jpg)




















.jpg)










