Tarix
Ölü dillərin lüğəti nəşr edildi
90 illik araşdırmalardan sonra qədim Mesopotamiyanın unudulmuş dillərinin izahlı lüğəti nəşr edilib.
Publika.az BBC-yə istinadən bildirir ki, 2000 ildən çox istifadə edilməyən Akkad dillər qrupunun Aşur və Babil dialektlərinin izahlı lüğəti işıq üzü görüb.
İngiltərəli mütəxəssislər hesab edirlər ki, bu çox əlamətdar və tarixi hadisədir. Dünyanın müxtəlif ölkələrindən olan 90-dan çox dilşünasın cəlb edildiyi bu məsuliyyətli layihə uğurla nəticələnib.
Lüğətin əsas özəlliyi isə odur ki, buraya daxil olan sözlərin çoxu artıq 2000 ildən çoxdur ki, istifadə edilmir.
Uzun illərdir ki, lüğətin üzərində səylə çalışan Şərq İnstitutunun professoru Metyu V Stopler BBC xəbər agentliyinə müsahibə zamanı bildirib ki, layihə üzərində işləyən zaman ara sıra yolumağına rəğmən ruhdan düşməyib və belə bir dəyərli işin ərsəyə gəldiyi üçün çox sevinclidir.
“Bu zaman pəncərəsindən keçmişə nəzər salmağa bənzəyir” deyə professor əlavə edib.
Lüğəti tərtib edən dilşünaslar Dəclə və Fərat çayları arasında yerləşən qədim Mesopotamiyanın hazırkı Suriya və Türkiyənin bir hissəsini əhatə edən ərazilərində aşkarlanan gil və daş piltələr üzərində yazılmış mətnləri araşdırıblar. Yaşı 2500-dən çox olan bu mənbələrdə elmi, tibbi, hüquqi və digər sahələri əhatə edən zəngin məlumatlar toplanıb.

"Bu, əsl möcüzədir. Biz bu lüğətin köməyilə antik alimlərin, şairlərin, təbiblərin hətta cadugərlərin yazılarını rahat oxuya bilirik. Onların məişəti, gündəlik həyatı və adətləri haqda zəngin məlumat toplayırıq", - deyə professor Finkel heyrətlə qeyd edir.
Çağdaş tarix elminin qədim Yunanıstan, Roma və Misir haqda kifayət qədər məlumatı olsa da, Mesopotamiya barədə biliklər azdır. Bu baxımdan lüğət elm sahəsində əsl sıçrayış hesab edilə bilər.
Leyla Sarabi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi





















.png)
















