• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Naqasakiyə atılan bomba əslində başqa yerə atılacaqmış: 70 illik sirr açıldı - FOTOLAR

  • Tarix
  • 9 Avqust 2017 10:39
  • 2 055 Baxış
Naqasakiyə atılan bomba əslində başqa yerə atılacaqmış: 70 illik sirr açıldı - FOTOLAR

Yaponiyanın Naqasaki şəhəri bu gün duyğusal anma mərasiminə ev sahibliyi edir.

Publika.az xəbər verir ki, 9 avqust 1945-ci ildə ABŞ Hava Qüvvələrinin şəhərə atdığı “Gombul adam” ləqəbli atom bombası 70 min nəfərin ölümünə və müharibədə Yaponiyanın təslim olmasına səbəb olmuşdu.

Niyə hədəfdə Naqasaki var idi?

72 il öncə həm şəhərin, həm də dünyanın taleyini dəyişdirən bu tablo əslində bir sıra çatışmazlığın nəticəsində ortaya çıxıb.

Belə ki, 9 avqust 03:47 radələrində ABŞ Hava Qüvvələrinin B-29 tipli bombardman təyyarəsi Bokskar Tiniyan adasından havaya qalxıb və bununla bir Yaponiya şəhərinə bomba atmaq vəzifəsinə başlamış olub.

Ancaq daha vəzifə başlamadan bir sıra problemlər çıxmağa başlayıb. Benzin çatışmazlığı səbəbindən təyyarənin hərəkəti xeyli ləngiyib.

Tiniyan hərbi hava bazasında işləyən amerikalı bir mühəndis o günləri xatırlayarkən təyyarənin qalxdığını görənə qədər hamının az qala 10 il yaşlandığını deyib.

Nəhayət Bokskar problemsiz bir şəkildə havaya qalxıb.

Təxminən 1.5 metr böyüklüyündə və 3 metr uzunluğunda, yumurta formasında olan bombaya havada süzərkən istiqamətini dəyişməməsi üçün quyruq qoyulub.

Hərbi bazada işləyənlər bombanın üzərinə “arzularını” və mesajlarını yazmağı da unutmayıblar: “Sizə bir hədiyyə daha” və “İmperator Xiroxitoya ikinci öpüş” kimi mesajlar…

Nqasakiyə bomba atan təyyarənin pilotu isə Çarlz Sviney olub.

Onun bildirdiyinə görə, bombanın hədəfi əslində Kokura şəhəri imiş. Lakin bombardmana yardım edəcək təyyarələrdən biri çətinliklə üzləşmişdi və heç cür uçuşa hazır ola bilmirdi. Nəhayət, 50 dəqiqədən sonra bombardmana 3 təyyarə ilə deyil, 2 təyyarə ilə başlamağa qərar verilib.

178 min nəfər sakini olan Kokura şəhəri ABŞ ordusunun komandirləri tərəfindən Yaponiyanın ən böyük silah bazalarından biri olaraq bilinirdi.

Bokskar həmin şəhərin hava ərazisinə daxil olduqda şəhərdəki əsgəri bazaların üzərində buludlar olduğunu görüb. Səbəbi hələ də bəlli olmayan bu sis buludları Kokuradakı hədəfləri vurmağı mümkünsüz hala gətirib.

Səbəbi nə olur-olsun, bu buludlar şəhəri bombardmandan xilas edib. Şəhərin üzərində 45 dəqiqə uçuş edəndən sonra təyyarənin heyəti hədəfi dəyişməyə qərar verib. Yəni, Naqaskiyə uçub…

Baxmayaraq ki, bu şəhər bombardman ediləcək şəhərlər siyahısına salınmış, lakin daha sonra çıxarılmışdı. Çıxarılmasına səbəb isə bu şəhərdə amerikalı əsirlərin saxlanıldığı bir düşərgənin salınması olub.

24 iyulda hazırlanmış bombardman siyahısında olan şəhərlər Xirosima, Kokura və Niqata olub.

Lakin ABŞ-ın milli arxivindəki sənədlərdə bu siyahıya kiminsə müdaxilə etdiyi və əl yazısı ilə “Nqasaki” yazdığı ortaya çıxıb. Lakin bu əlavənin kim tərəfindən və niyə edildiyi hələ də bilinmir…

Bombanın ardınca ABŞ təyyarələrindən yüz minlərlə kağız parçası atılmağa başlanıb. Sakinlərin dediyinə görə, bu kağızlarda atom bombasının təsirləri və xalqın bu təsirləri azaltmaq üçün nələr edə biləcəyi yaponca yazılmışdı...

Zümrüd

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR