Tarix
Azərbaycan Ordusundan Ermənistana SARSIDICI ZƏRBƏ - Başkənd əməliyyatı
Qarabağ müharibəsinin fonunda az da olsa qalibiyyətlə
nəticələnən bir sıra hərbi əməliyyatlarımız olub. Onlardan biri də
Başkəndin (Artsvaşen - red.) qaytarılması əməliyyatı
olub.
1992-ci ilin 6-8 avqust tarixlərində milli ordumuzun keçirdiyi
əməliyyat nəticəsində torpaqlarımızın içində yaradılan bu şeytan
yuvası məhv edildi və bütovlükdə Qərb regionunda təhlüksizliyin
təmin olunması üçün böyük nəticə əldə edildi.
Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən haqsız
olaraq Ermənistana verilmiş və 1992-ci ilə qədər Azərbaycanın
Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalırdı.
Ermənilər tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə
“Arsvaşen”adını qoymuşdular. Ermənilərin Başkənd kəndinə gəlişi XIX
əsrin ortalarında başlayıb. Onlar burada yerli bəylərin
mal-qarasını otarırdılar.İlk erməni ailələri burada yerli bəyin
icazəsi ilə 1858-ci ildə məskən saldılar, 1905-1906-cı
illər,1918-1920-ci illər hadisələri zamanı isə azərbaycanlıları
sıxışdırıb kənddən çıxartdılar.
Qarabağ müharibəsi başlayandan sonra ermənilər Başkəndi güclü
istehkama çevirmişdilər və oradan Gədəbəyin kəndlərinə daim təhlükə
yaradır, dinc əhaliyə qarşı silahlı hücumlar edirdilər. Qanlı
hadisələrdən biri 1991-ci il yanvarın 31-də törədildi, erməni
yaraqlıları Başkənddən keçib Şınıx tərəfə gedən yolun Mutudərəyə
yaxın hissəsində 6 azərbyacanlını qətlə yetirdilər.
Bundan sonra Şınıxa gediş-gəliş daha da çətinləşdi. Ernənilərin
hücumuna son qoymaq üçün Başkənd düşməndən azad edilməli, öz
sahiblərinə qaytarılmalı idi. Başkənd ətrafında vəziyyət 1992-ci il
avqustun əvvəlində gərginləşdi. Ermənistan hərbi birləşmələri
avqustun 5-də Mutudərəni ələ keçirmək üçün hücuma keçdilər.
Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli
maşın və digər texnika yeritmişdilər...
İlk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi öz üzərinə
götürdü, axıra qədər vuruşdu, əsgərlər və komandirləri
qəhrəmanlıqla həlak oldular, lakin düşmənin hücumunu ləngitdilər.
Azərbaycan Ordusu əks hücum planını həyata keçirməyə başladı.
Əməliyyata korpus komandiri general-mayor Dadaş Rzayev, polkovnink
Cahangir Rüstəmov, polkovnik Rəfayıl Əsədov, polkovnik Hamlet
Hüseynov rəhbərlik edirdilər. Düşmənin Mutudərə istiqamətində
hücumunun qarşısı alındı və avqustun 8-də Başkənd üzərinə hücum
başladı. Düşmənin ciddi müqavimətinə baxmayaraq axşama yaxın
Başkənd azad edildi, düşmənin 200-dən çox canlı qüvvəsi, 4 topu,3
tankı, 1 BMP və və digər texnikası məhv edildi. Başkəndi yenidən
tutmaq üçün bir neçə cəhd etdi, lakin itkilər verərək geri
çəkilməli oldular. Başkənd əməliyyatı Azərbaycan Ordusunun gücünü,
əsgərlərimizin rəşadətini, zabitlərimizin yüksək bacarığını nümayiş
etdirdi. (Karabakhmedia.az)
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın





















.jpg)

















