Tarix
Bu tarixi binaların keçmişdə FAHİŞƏXANA olduğunu bilirdiniz? - İNANILMAZ FAKTLAR
Parisdəki hotellərdə qonaq olarkən heç düşünmüsünüzmü ki, ötən əsrin əvvəllərində bu binaların əksəriyyətində fahişəxanalar fəaliyyət göstərib. Maraqlısı odur ki, hotel rəhbərlikləri bu faktı gizlətmir əksinə binanın tarixi keçmişinə hörmətlə yanaşırlar.
Publika.az vaxtilə Parisin ən məşhur küçələrində yerləşən fahişəxaların hotellərə çevrilmiş binaları haqda yazını təqdim edir:

Luvr muzeyinin yanındakı döngədə digər binalardan heç də fərqlənməyən tikili yerləşir. Təsəvvür etmək çətindir ki, təxminən 100 il öncə burada açıq-aşkar şəkildə fahişəxana fəaliyyət göstərib.
Hazırda bu binada əsrarəngiz incəsənət qalereyası fəaliyyət göstərir. Qalereyanın direktoru 50 yaşlı Nikol Kanedir. Nikol keçmiş kabare rəqqasəsidir. Xanım Kane özünü “erotika arxeoloqu" adlandırır. “Au Bonheur du Jour “ adlı qalereyanın əsas fəaliyyəti bir zamanlar Parisin ən məşhur fahişəxanası olan “Lö Şabane”yə həsr olunub. Kane iddia edir ki, bu məkanda hətta Kraliça Viktoriyanın oğlu VII Eduardın da şəxsi otağı olub.

Şahzadə Eduard buranın daimi qonağı idi. Ən sevimli məşğuliyyəti isə fahişəxananın qızları ilə birgə bal hovuzunda çimmək olub. Bu hovuzun əsas özəlliyi o idi ki, bal və şampanla doldurulmuşdu. Şahzadənin şərəfinə möhtəşəm bir oturacaq da hazırlanmışdı. Eduard bu oturacağı “eşq kürsüsü” adlandırırdı. Bu maraqlı sənət əsərinin müəllifi isə Salvador Dali olub. Sürrealist rəssam kürsünü 112 000 frank qarşılığında hazırlamışdı.

1946-cı ildə fahişəxana bağlanır. Onun əvəzinə digər əxlaqsız yuvalar fəaliyyətə başlayır.
“Lö Şabane” o qədər bahalı və möhtəşəm məkan idi ki, onu təmtəraqlı zadəganların saraylarına tay tuturdular. Fəaliyyət göstərdiyi dövrdə bu fahişəxana ən çox gəlir gətirən turistik yer sayılırdı. Parisin Turizm Şirkətləri ”Lö Şabane” ilə əməkdaşlıqdan böyük gəlir əldə edirdilər.
Burada elə mühit yaradılmışdı ki, gələn müştərilər tam razı qalsınlar. Fahişəxanaının hər otağı xüsusi şəkildə bəzədilmişdi. Hətta otaqların biri Disney qəhrəmanlarının evlərini xatırladırdı.
Həmin dövrün məşhur rəssamları bu məkanın sevimli qonaqları idilər. Onlara göstərilən xidmət qarşılığında Kane “Lö Şabane”nin divarlarını bəzəmək üçün ən gözəl əsərlərini istəyirdi.

I Dünya Müharibəsindən sonra bu dəbdəbəli məkanın rəqibi yarandı. “Bir-İki-İki” adlı fahişəxana “Lö Şabane” qədər dəbdəbəli olmadığı üçün bütün zümrələrdən müştəri toplamağa nail oldu. Hətta hər həftənin cümə axşamları burada yaralı əsgərlər üçün pulsuz xidmət göstərilirdi.
Bu məkanın 22 otağı var idi. Hər biri də xüsusi məharətlə zəngin dizaynla hazırlanmışdı. Məsələn, otaqların birində çarpayı qayıq şəkilində idi. Ətrafı isə su ilə örtülmüşdü. Digər bir nömrə isə qatarın kupesini xatırladırdı.
Nikol Kanenin qalereyasında kişi fahişəxanasına da aid fotoşəkillər var. 1860-1960-cı illərdə faəliyyət göstərən geylərin fahişəxanasının əsas maliyyə dəstəkçisi yazıçı Marsel Prust idi. Prust burada gördüklərindən ilhamlanıb, həmin qəhrəmanları öz əsərlərində canlandırırdı.

Madam Kane müzey açmaqla kifayətlənməyib, ötən əsrlərin erotik məkanları haqda topladığı bütün məlumatları öz kitabında qeyd edib. Bura arxiv fotoşəkillər, qaranlıq məqamlar, məxfi sənədlər və s. faktlar aid edilib.
Məsələn, həmin dövrdə evlərin qapısındakı nömrələr daha qabarıq böyük idisə buranın fahişəxana olduğundan xəbər verirdi.


Kitabda həmçinin bir zamanlar fahişəxana olmuş bütün Paris hotellərinin siyahısı var. Məsələn, “Amur” adlı hotelin rəhbərliyi buranın bir zamanlar hansı mənsəbə qulluq etməsindən heç də narahat deyil. Hətta hotel keçmiş fahişəxana olduğunu sübut edən fotoşəkillər, əşayalar və s. ilə bəzədilib.

Leyla Sarabi
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin























.webp)
.png)










.jpg)
.jpg)