Tarix
669 uşağı YƏHUDİ SOYQIRIMINDAN xilas edən adamı TANIYIN - VİDEO
Holokost nasist Almaniyasının (İkinci Dünya müharibəsi illərində) törətdiyi təxminən 6 milyon nəfərin sistemli şəkildə öldürüldüyü Yəhudi soyqırımına verilən addır. Holokost sözü həm də yəhudi dini mərasimləri zamanı yandırılaraq tanrıya təqdim edilən bir məhsulun adıdır.
Yəhudilər başda olmaqla homoseksuallar, romanlar və digər “qaraçı” adlandırılan insanlar, əlillər bu qətliamın qurbanı olub. Bütün Holokost qurbanlarını nəzərə alan alimlər bu qətliamın yalnız yəhudilərə qarşı olduğunu iddia edir. Bəzi mənbələrdə 17 milyon nəfərdən çox insanın öldüyü qeyd edilən hadisə, Hitlerin terror və qorxu vasitəsilə insanları tabe etmə siyasətinin bir parçası olaraq təsvir edilib.
.jpg)
Polşada keşişlər və intellektuallar həbs olunub, öldürülüb, çoxu məktəb və kilsələrə yığılaraq diri-diri yandırılıb. Bu insanları faşizm irqçiliyi “yaşamağa haqqı olmayan aşağı irqlər” kimi öldürürdü.
1933-cü ildə yəhudilərin hüquqlarının azaldılması ilə başlayan qətliam bütün Avropa yəhudilərinin faşist hökümətinin əlinə keçməsi və faciəli şəkildə öldürülməsi ilə nəticələnmişdi.
Amma 1938-ci ildən etibarən anti-semitizm əvvəlkindən daha şiddətli şəkildə geri dönür. Həmin illərdə bu dəhşətli faciədən nə az, nə çox 669 uşaq gizli yollarla Böyük Britaniyaya aparılıb. Ailələri öldürülən uşaqlar burada xüsusi düşərgələrə verilib. Bütün bunları isə Nikolas Vinton edib.

Nikolas uşaqların ad-soyadlarını, şəxsi qeydlərini kitabçaya qeyd edib. Onlara yeni ailələr tapmaqda kömək edib. 2014-cü ildə həyat yoldaşı Qreyt Vinston onun qeyd kitabçasını tapır. Kitabçanın içərisində qeyd olunan materialları mətbuata verən qadın onlardan bu uşaqları tapmalarını və Nikolasla birlikdə telekanala dəvət etmələrini xahiş edib.

Aparılan araşdırmalar nəticəsində, həmin uşaqlardan həyatda qalanlarla əlaqə saxlayıb, verilişə dəvət ediblər. Auditoriyaya girən Nikolas Vinstonun heç ağlına da gəlməzdi ki, onu əhatə edənlər illər əvvəl o dəhşətli hadisəsən xilas etdiyi köməksiz uşaqlardır.
Onların hər biri illər sonra Nikolasa təşəkkür edib, ömür boyu minnətdar olduqlarını deyiblər. Həyat yoldaşına təşəkkür edən Nikolas onlara "körpələrim" deyə müraciət edib.
Dünya mediasının unutmadığı Nikolas Vinston 2015-ci ildə 106 yaşında vəfat edib.
Publika.az sizə həmin video-roliki təqdim edir:
Könül Cəfərli
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov








































