Tarix
Gəncədə tapılan yeraltı yolların tarixi sirri - AMEA AÇIQLADI
Qədim Gəncənin mərkəzində yeni su və kanalizasiya xətlərinin çəkilişi zamanı qədim kəhriz və bir neçə əsr yaşı olan yeraltı keçidlər aşkarlanıb. Kəhrizlərin içərisi hələ də yarıya qədər su ilə doludur. Yeni tapıntı ilə bağlı daha detallı məlumat almaq üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə bölməsi ilə əlaqə saxladıq.
Bölmənin elmi işçisi Namlet Allahverdiyev Publika.az-a bildirdi ki, Gəncədə hələ orta əsrlər dövründən kəhrizlər çəkilib və bunlar bizə məlum olan faktlardır:

“Təkcə 19-cı əsrdə şəhərdə 10-dan artıq kəhriz mövcud olub. Kəhrizlərdə bu günə qədər suyun olması da qeyr-adi hesab olunmur, çünki yeraltı su sistemlərində bu məqama tez-tez rast gəlinir. Kəhrizlərin içərisi yarıya qədər su ilə dolu ola bilir. Qədim yeraltı yolların isə arxeoloqlar tərəfindən öyrənilməsinə ciddi ehtiyac var. Çünki Gəncə şəhərinin yerləşdiyi strateji mövqe daim böyük imperiyaların diqqətini çəkib. Bu şəhərə daimi hərbi yürüşlər təşkil edilib. Belə olan halda isə Gəncə şəhərində yeraltı keçidlərin olması təbii haldır. Bunlar əsasən döyüş zamanı hərbi strateji məqsədlər üçün istifadə olunub. Tarixdən bizə məlum olan faktlara görə, Aran memarlıq məktəbinin mərkəzi olan Gəncə, monqol yürüşləri zamanı dağıdılmış və bir daha əvvəlki vəziyyətinə qayıda bilməmişdir. Təəssüf ki, Aran memarlıq məktəbinə daxil olan şəhərlər və onların abidələri tamamilə dağıdıldığı üçün əlimizdə kifayət qədər faktik material və kitabələr yoxdur. Lakin Aran memarlıq məktəbinə daxil olan Gəncənin həmin yeraltı yolları günümüzə qədər qalmaqdadır. 1606-cı ildə görkəmli elm xadimi və tanınmış memar Şeyx Bəhaəddin Amuli Gəncə şəhərində yenidənqurma işlərinə rəhbərlik etdiyi zaman yeraltı yollara diqqətlə yanaşmış və onların qorunmasını təmin etmişdir”.
Könül Cəfərli
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi





















.png)

















