Tarix
Şeytanın yazdırdığı məktubun sirri 340 il sonra açıldı
1676-cı ildə İtaliyanın Siciliya adasında yerləşən Palma Di Monteçiaro monastrında işləyən rahibənin yazdığı məktubun sirri 342 il sonra gün üzünə çıxıb.
Publika.az xəbər verir ki, rahibənin şeytanın ona zorla yazdırdığını dediyi məktubunun sirri “Dark Web” (Qaranlıq Veb) adlı proqram vasitəsilə çözülüb.
Şifrəli məktubu oxuyan italiyalı kompüter proqramçıları məktubda “Tanrını insan yaratdı. İsa və müqəddəs ruh ölü ağırlıq. Tanrı ölümlüləri azad buraxa biləcəyini zənn edir. Bu sistem heç kim üçün yaxşı işləmir. Bəlkə də indi Stiks (yunan mifologiyasında cəhənnəm çayı) mövcuddur” yazısının olduğunu deyib.
Siciliyada yerləşən Katanya şəhərindəki Ludum elm mərkəzinin müdiri Daniel Abate “Dark Web” proqramından istifadə edərək şifrəni necə qırdıqlarını izah edib:
“Bu proqramın kəşfiyyat xidmətləri tərəfindən şifrə qırmaq üçün istifadə edildiyini öyrəndik. Proqrama qədim yunan, ərəb, latın və runik əlifbalarını yerləşdirdik. Bununla da məktub proqram tərəfindən oxundu”.
Elm adamları dil bilgisi geniş olan Rahibə Mariyanın bildiyi dillərin fərqli özəlliklərini istifadə etməklə özünəməxsus bir dillə məktubu yazdığını bildiriblər. Məktubda anlaşılmaz qisimlərin olduğunu isə rahibənin psixoloji çatışmazlıqları ilə əlaqələndiriblər.
Zümrüd
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner






















.png)

















