Tarix
500 qadınla yatan, 1171 uşağı olan qaniçən Sultan İsmayıl - Bilmədiyiniz FAKTLAR
Sultan Mulay İsmayıl Mərakeşi 1672-1727-ci illərdə idarə edib və dövlətin 4 əsas tarixi paytaxt şəhərlərindən biri olan Meknes şəhərinin əsasını qoyub.
Publika.az bildirir ki, 26 yaşında hakimiyyətə gələn Mulay İsmayıl atasının ölümünə səbəb olan müharibənin səbəbkarları - qiyamçı qəbilələrdən qanlı qisas almağa başladı. Yeni sultan təbiətcə qəddar olan təbəələrinin dirənişini daha böyük qəddarlıqla boğdu. Sənədlərə görə, Fes şəhərində Mulay İsmayıl 36 min nəfəri öldürərək cəsədlərini devrilmiş şəhərin divarlarından asdırmışdı.
Mərakeşin tarixində sultan Mulay İsmayıl ibn Şerif təkcə "qanlı sultan" ləqəbi ilə yadda qalmayıb – o, həm də Ginnesin Rekordlar Kitabına düşməyi bacaran tarixin ən çoxuşaqlı atasıdır ki, bu rəqəm kitabda 888 kimi qeydə alınıb.



Ginnes bu rəqəmin dəqiqliyi üzərində yeni işə başlayır, çünki 1704-cü ildə Mərakeşə səfər edən fransız diplomatı Dominik Busnonun qeydlərinə görə, sultanın rəsmi 4 arvadından və 500 kənizindən 1171 uşağı olub.
Bəzi tədqiqatçılar bildirirlər ki, Mərakeşin Alauitlər sülaləsinin birinci sultanı Mulay İsmayılın bu qədər uşağı ola bilməzdi. Bununla belə, rekordu yeniləməyi təklif edən digər ekspertlər iddia edirlər ki, bu, tamamilə mümkündür. Belə ki:
Tarixçi-alimlər kompüter proqramının köməyilə modelləşdirmə həyata keçiriblər. Nəticələr göstərdi ki, 32 il ərzində 1171 uşağın doğulması üçün sultan İsmayıla gün ərzində 0.83-dən 1.43 dəfəyə qədər cinsi münasibət kifayət edərdi. Yəni onlar Busnonun qeydlərinin şişirdilmə olmadığını bildirirlər. Bundan başqa, alimlər qeyd edir ki, bunun üçün sultana heç 500 kənizlik hərəmxana da lazım deyildi, 65-110 arası qadın kifayət idi ki, fransız diplomatın gördükləri və yazdıqları təsdiqlənsin.



Sultan İsmayıl eyni zamanda hərəmxanasına qarşı çox ciddi idi. O, zinada şübhələndiyi istənilən qadını sərt cəzalandırırdı. Bu səhvi edən kənizlər, ya İsmayıl tərəfindən şəxsən boğularaq öldürülür, ya da onların döşlərini kəsir və dişlərinin qoparılmasını əmr edirdi.
Müasir Mərakeşdə indiyə qədər Alauitlər sülaləsi hakimiyyətdədir. Lakin o vaxtın hərəmxana sistemi təbii ki, özünü praktik olaraq tarixin arxivinə tapşırıb.
Zaur H.
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto








.jpg)









.jpg)



















