Qumarbaz, Stalinin atası yoxsa, sadəcə səyahətçi? - NAMƏLUM PRJEVALSKİ
Bizi izləyin

Tarix

Qumarbaz, Stalinin atası yoxsa, sadəcə səyahətçi? - NAMƏLUM PRJEVALSKİ

Tarixdə bu gün 1 noyabr 1988-ci ildə, səyahətçi, tədqiqatçı, coğrafiyaçı Nikolay Mixailoviç Prjevalski 49 yaşında dünyasını dəyişib.

Onun haqqında əksəriyyətə yalnız bu məlumdur ki, o, Mərkəzi Asiya ekspedisiyalına başçılıq edib. Lakin onun tərcümeyi-halında başqa daha maraqlı faktlar da var. Məsələn, birinci ekspedisiya üçün lazım olan vəsaiti o, kartda udmuşdu. Eyni zamanda o da bildirirlir ki, səyahətlərin bir hədəfi də hərbi kəşfiyyat idi. Polşa jurnalistləri hətta fərziyyə irəli sürmüşdülər ki, o, Stalinin əsl atası idi.

Publika.az naməlum Prjevalski haqqında bəzi maraqlı məqamları dəyərli tarix oxucularının diqqətinə çatdırır.

Bir vaxt Nikolay Prjevalski kart oyununa aludə olmuşdu. Yaxşı vizual yaddaşı ona, tez-tez oyunda müvəffəqiyyət gətirirdi. Bundan başqa, qumarın əsas qaydalarından birinə çox ciddi riayət edirdi: heç vaxt özü ilə 500 rubldan çox pul götürməmək və həmişə 1000 rubl udan kimi oyunu tərk etmək.

Mərkəzi Asiyaya birinci ekspedisiyası üçün lazım olan pulu o, məhz kartda udmuşdu. Coğrafi cəmiyyət üçün Prjevalski yeni ad idi və arzusu üçün başqa üsulla vəsait tapmaq imkanı yox idi. Uduşun məbləği kifayət qədər böyük olur - 12 min rubl. Prjevalski bundan sonra özünə vəd verdi ki, daha heç vaxt pulla oynamayacaq.

1870-1873-cü illərin ekspedisiyasında Prjevalski Monqolustanı, Çini və Tibeti tədqiq etdi və aydınlaşdırdı ki, Qobi əvvəl hesab edildiyi kimi hündürlük deyil, təpəli relyefə malik çökəklikdir və Nanşan da dağ silsiləsi deyil, dağ sistemidir. Həmçinin o, 7 böyük göl və Beyşan yaylasını kəşf etdi. Nəticədə, bu ekspedisiya ona dünya şöhrəti qazandırdı.

30 yaşında Prjevalski artıq məşhur alim və qibtə oyadan adaxlı namizədi idi, lakin nikah zəncirlərini o, "könüllü ilmə" adlandırırdı və hesab edirdi ki, azadlıqla yüz qat daha xoşbəxt olacaq. Böyük səyahətçi beləcə ömrünün sonuna kimi subay qaldı.

Elmi-tədqiqat məsələlərindən başqa, Prjevalskinin ekspedisiyaları hərbi kəşfiyyat xarakteri də daşıyırdı. Hərçənd səyahətçinin özü üçün elm həmişə birinci planda qalırdı, o, həm də Rusiya ordusunun zabiti idi. Faktlar sübut edir ki, Prjevalski əsl kəşfiyyatçı idi və yalnız elm üçün deyil, həm də Baş qərargah üçün informasiya yığırdı.

Nikolay Prjevalskinin adı ilə bağlı ən maraqlı versiya 1939-cu ildə meydana çıxdı. O vaxt Polşa qəzetində məlumat yayıldı ki, məşhur səyahətçi əslində Stalinin atasıdır. 1878-ci ildə guya Prjevalski Gürcüstanda olub və orada 22 yaşlı Yekaterina Cuqaşvili ilə tanış olub, tezliklə onların oğlu İosif doğulub. Bioqraflar dərhal bu faktları təkzib etdilər: “bu zaman tədqiqatçı Çində idi” mühakiməsi ilə.

1888-ci ildə Prjevalski ən böyük ekspedisiyanı yaradır, hansı ki, 2 il davam etməli idi. Amma ağır xəstəliyin iki həftəsindən sonra səyahətçi qəflətən dünyasını dəyişir. Yaxın vaxtlara qədər bütün mənbələrdə onun ölüm səbəbi kimi qarın yatalağını göstərirdilər, amma müasir ekspertlər başqa diaqnoz təyin etdilər - limfoqranulematoz.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm