Tarix
Azərbaycan uğrunda canını FƏDA ETMİŞ ŞAHZADƏ
Azərbaycan Cümhuriyyətinin 100 illiyinin yaxınlaşması ilə əlaqədar olaraq “Azərbaycanca Vikipediya” daha bir simanın məlumatlarına əlavələr edilib.
Publika.az-ın xəbərinə görə, Azərbaycan Demokratik Respublikası ordusunun hərbçisi, general-mayor Feyzulla mirzə Qovanlı-Qacar haqqında bir müddət əvvəl yaradılan məqalə AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən əsaslı redaktə ilə genişləndirilib.
Qeyd edək ki, Azərbaycanın qəhrəman oğlu Şahzadə Mirzə Feyzulla Qacar 1872-ci ilin dekabrın 15-də Azərbaycanın Şuşa şəhərində anadan olub.
Ümumi təhsilini Tiflis müdavim korpusunda alıb. Hərbi xidmətə 1891-ci ilin avqustun 30 Nikolayevsk süvari peşə məktəbinə təhkim olaraq başlayıb. Peşə məktəbini bitirdikdən sonra 1893-cü ilin avqusutun 7-i kornet rütbəsində 43-cü Tver draqun alayına göndərilib.
1899-cu ilin mart ayının 15-də leytenant rütbəsi alıb. 1901-ci ilin 20 noyabrında alayın silahdar və sıraxarici komanda rəisi vəzifəsinə təyin olunub. 1903-cü ilin mart ayının 15-də qərargah rotmistri rütbəsini alır. Müxtəlif illərdə başqa yerlərdə xidmətini davam etdirən Mirzə Feyzulla Qacar 1918-ci ilin yaz və yayında Azərbaycan korpusunda xidmət edib. Azərbaycan korpusu buraxıldıqdan sonra onun hissələri yeni gəlmiş Türkiyənin 5-ci Qafqaz və 15-ci Çanaqqala diviziyaları ilə Nuri Paşanın rəhbərlik etdiyi yeni yaradılmış Qafqaz İslam Ordusunun tərkibinə qatılıb.
General-mayor Mirzə Feyzulla Qacar kavaleriya inspektoru vəzifəsinə təyin olunur. 1918-ci ilin dekabrın 23-ü Azərbaycan Demokratik Respublikasının (ADR) süvari diviziyasının komandiri təyin edilir. 1919-cu ilin yanvarın 9-u ADR-in Hərbiyyə naziri artilleriya genearlı Mehmandarovun əmri ilə Gəncə qarnizonunun komandiri olur.
Məlumatlara görə, Azərbaycanın sovet işğalına uğramasından sonra və Gəncədə baş vermiş antisovet üsyanın yatırılmasından sonra Mirzə Feyzulla Qacar bolşeviklər tərəfindən güllələnib.
Məqalə ilə daha ətraflı https://az.wikipedia.org/wiki/Feyzulla_mirz%C9%99_Qovanl%C4%B1-Qacar linkində tanış olmaq mümkündür.
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı



















.webp)













.jpg)

