Tarix
Uğurlu Horadiz əməliyyatından 24 il ötür
Bu gün Azərbaycan Ordusunun uğurlu Horadiz əməliyyatından 24 il ötür.
Ümummilli lider Heydər Əliyevin komandanlığı altında 1993-cü ilin dekabrından başlayaraq yanvarın 6-dək davam edən əməliyyat nəticəsində Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi.
1993-cü il oktyabrın sonlarında erməni hərbi birləşmələri Azərbaycan-İran sərhədində yerləşən Horadizi ələ keçirmiş, bununla da Zəngilan rayonu ilə əlaqəni kəsmişdilər. Lakin həmin ilin dekabrında erməni silahlı dəstələri Füzuli şəhərinin şərq istiqamətində hərəkət etməyə cəhd göstərsələr də, güclü müqavimətlə qarşılaşıb geri çəkilməyə məcbur oldular. Bundan sonra Azərbaycan Ordusu üç istiqamətdə hücuma keçdi. Dekabrın 15-də Azərbaycan hərbçiləri dərhal 5 istiqamətdə – Füzuli, Xocavənd, Ağdam, Ağdərə və Kəlbəcər - hücuma keçdilər. Bu hücum erməniləri Ağdərənin bir sıra yaşayış məntəqələrini tərk etməyə məcbur etdi. Azərbaycan hissələrinin Horadizə əsas zərbələri Dağlıq Qarabağın cənub-şərqində, Beyləqan rayonundan gəlirdi. Hərbçilərimiz düşmənin müdafiəsini dağıdaraq top və raket zərbələri altında Füzuli rayonunun daxilinə irəliləməyə başladılar. 1994-cü il yanvarın əvvəlində hərbçilərimiz 11 qəsəbə və Azərbaycan-İran sərhədi boyunca 40 km uzunluğunda ərazini ələ keçirdilər.
Horadiz əməliyyatında iştirak edən 702-ci briqada yanvarın 5-də bir gün ərzində qənimət kimi 3 tank, 1 ədəd “Şturm-S”, 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürdü. Düşmən ağır itkilər verərək və cəsədlərini döyüş meydanında qoyaraq geri çəkildi.
Yanvarın 6-da 702-ci alay düşmənin müqavimətini qıraraq qərbdə Cəbrayıl, Qubadlı, Zəngilan rayonları və şimalda Füzuliyə gedən yolların mühüm kəsişməsində yerləşən Horadizə daxil oldu, qəsəbəni, Horadiz dəmiryol stansiyasını və Araz çayı üzərində strateji Xudafərin körpülərini ələ keçirdi, Horadizə Azərbaycan bayrağını sancdı.
Horadiz əməliyyatı nəticəsində Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, ümumilikdə 21 min hekrat ərazi Azərbaycanın nəzarətinə keçdi.
Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qışında keçirdiyi ən uğurlu əməliyyat oldu. Əməliyyat zamanı misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. (Trend)
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
Dünya16:44Daşqın qurbanlarının sayı 700-ə çatır - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU






















.jpg)












.jpg)

.jpg)