Tarix
Qafqazdan Osmanlıya göndərilən qullarla bağlı TARİXİ SƏNƏD TAPILDI
Rusiyalı elm adamları Krasnodar bölgəsinin dövlət arxivində Rusiyanın “Krım” adlı müharibə gəmisi tərəfindən 1810-cu ildə Gələncik sahillərində saxlanılan Türkiyə gəmisi ilə bağlı sənədlər tapıb.
Publika.az xəbər verir ki, Rusiya Beynəlxalq Əsaslı və Tətbiqi Araşdırma Mərkəzinin nümayəndəsi Aleksandr Çərkəzov tapıntı ilə əlaqədar açıqlama verib:
“Sanki qul tacirlərinin gəmisinin içinə nəzər saldıq. İlk dəfədir ki, belə sənədlər tapırıq. Bunlar Rusiya Donanmasının dövlət arxivində də yoxdur. Daha əvvəl bu bölgələrdən Türkiyəyə qulların göndərilməsi ilə bağlı ehtimallar var idi, ancaq tam olaraq hansı insanların aparıldığını anlamaq üçün detallı bir nümunə yox idi”.
Mütəxəssis sənədlərə əsasən bildirib ki, gəmidə 83 nəfər olub. Onlardan 9-u türk, biri romalı olmaqla, 10 nəfəri gəmi ekipajı, 7 nəfər isə tacir olub. Digər 66 nəfər isə qul olub. Onların yarısından çoxunun 16 yaşdan kiçik olduğu bildirilib.
Çərkəzov bu qulların qiymətini də hesabladıqlarını və onların hamısının birlikdə 2500 xalçanın dəyərinə bərabər olduğunu öyrəndiklərini deyib.
Mütəxəssis qilların Qara dəniz limanından Qafqaz Müharibəsinin bitdiyi 1864-cü ilə qədər Osmanlıya göndərilməyə davam etdiyini qeyd edib.
Beləliklə, 16-18-ci əsrlər arasında 1 milyondan çox qafqaz sakini Osmanlı İmperatorluğuna qul kimi göndərilib.
Zümrüd
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı



















.webp)













.jpg)

