Tarix
Azərbaycan Cümhuriyyəti ilə bağlı nadir faktlar: DÖRD İLLİK TƏDQİQATLAR AÇIQLANDI - FOTOLAR
"Azərkitab - Kitab Təbliğatı Mərkəzi"ndə tədqiqatçı-publisist Dilqəm Əhmədin “Fərqlilər” (2015) və “Mühacirlərin dönüşü” (2017) kitablarının imza günü keçirilib.
Publika.az xəbər verir ki, “Teas Press” Nəşriyyat Evi tərəfindən çap olunan iki kitabda müəllifin 4 il ərzində Türkiyədə Azərbaycan Cümhuriyyəti dövrünə aid topladığı materiallar yer alıb.

Tədbirdə bir sıra Cumhuriyyət dönəmi tədqiqatçıları, tarixçilər, media nümayəndələri, həmçinin Məmməd Əmin Rəsulzadənin nəvəsi Vasif Rəsulzadə iştirak edib.
Dilqəm Əhməd imza günü zamanı həm də kitablarında yer alan dəyərli arxiv materiallarını nümayiş etdirərək, onların tarixçələri haqqında məlumat verib:

Müəllif bildirib ki, “Fərqlilər” kitabında mühacirlərlə yanaşı, Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin həyatı haqqında unikal materiallar təqdim edilib.
Əsərdə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nadir fotoları və məktubu, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məhəmmədquluzadə, Məhəmməd Səid Ordubadi, Əmin Abid Gültəkin, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Nuru paşa, Salman Mümtaz və digər görkəmli şəxsiyyətlərin həyatı haqqında maraqlı məlumatlar verilib.
Müəllifin “Mühacirlərin dönüşü” adlı ikinci kitabında Azərbaycan Cümhuriyyəti və mühacirəti tarixinə aid 50-yə yaxın yeni material təqdim edilib. Kitabda Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 4 yeni fotosu, 3 məktubu, imzalı kitabları, vizitkaları, portretinin təsviri yer alıb. Həmçinin bir çox yazarların və şairlərin həyatına dair fotoları və məlumatlar ilk dəfə olaraq yayımlanıb:

“Bu il Azərbaycan Cümhuriyyətinin yaradılmasının 100 illiyi qeyd olunur. Kitablar Azərbaycan Cümhuriyyətinin 100 illiyinə töhfədir".
Tədbirdə iştirak edən Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli bildirib ki, Cumhuriyyət dövürünün və o çağda yaşayan tarixi şəxslərin fəaliyyətinin, həyatının araşdırılması olduqca vacibdir və buna hər zaman ehtiyac duyulur..

"Azərkitab - Kitab Təbliğatı Mərkəzi"nin layihə rəhbəri Mirisrafil Sabir Həsənov bildirib ki, müəllif tədqiq etdiyi mövzulara çox həssaslıqla yanaşıb, ciddi araşdırmalar aparıb:

"Hər iki kitab çox məsuliyyətlə yazılıb. Dilqəm Əhmədin ən böyük uğuru faktlara sadiq qalmasıdır".
Qeyd edək ki, hər iki kitab 2016-2017-ci ilin ən çox satılan kitablar siyahısında yer alıb.
Ulucay Akif
-
Dünya00:05İran İsrailə hava zərbələri endirdi
-
Cənubi Qafqaz7 İyun 21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya7 İyun 19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə7 İyun 18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial7 İyun 17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin27 İyun 17:06Aleyna Solaker Berkə ərə gedir
-
Digər7 İyun 16:03Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi
-
Region7 İyun 15:45Revanşist Baqrat da fəallaşdı - Arxiyepiskopdan xalqa çağırış












.jpg)

























